Kremlin Qazaxıstanda çoxdan gözü var -  Ankara seyirçi qalmayacaq"

Kremlin Qazaxıstanda çoxdan gözü var -  Ankara seyirçi qalmayacaq"Qazaxıstandakı dostlara sosial şəbəkələr üzərindən sualla müraciət etməyimə baxmayaraq, cavab ala bilmədim. Görünür, "kim üstün gələcək" sualına cavab təhlükəlidir. Mənim üçün hadisələrin içəridən necə qiymətləndirilməsi ilə bağlı rəylər vacibdir. Görünən odur ki, yanacaq qiymətlərinin qaldırılmasıyla spontan başlayan etirazlar sistemli şəkil almağa başlayıb. Etirazçıların ilk sosial tələbləri yerinə yetirilsə də, tələblər artıb və siyasiləşib. Belə olan halda vəziyyət daha da gərginləşəcək. Prezident Tokayevin iki çıxış yolu var. Birinci yol etirazçılarla dialoqu davam etdirməkdir. Ancaq bu halda təminat yoxdur ki, etirazçılar evlərinə dönəcəklər. Əksinə etirazçılar hakimiyyətin onlarla hesablaşdığını görüb tələblərinin sayını artıracaqlar. Bu sırada prezidentin istefası, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi tələbləri dayanacaq. İkinci yol etirazı ordu və polisin gücü hesabına yatırtmaqdır. Ancaq bu yol tələfata və növbəti gərginliyə qədər avtoritarizmin gücləndirilməsinə aparacaq ki, Qazaxıstan üçün bu halda nəticənin necə olacağını söyləmək çətindir".
KONKRET.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq hazırda ən çox səslənən "hadisələrin arxasında xarici qüvvələr dayanırmı?" sualına isə belə şərh verib:
"Ən çox səslənən sual budur: Hazırki hadisələrin arxasında xarici qüvvələr dayanırmı? Rusiyanın adını hallandırmağa başlayıblar. Əlbəttə, Kremlin Qazaxıstanda çoxdan gözü var. Təsadüfi deyil ki, başda Kreml sahibi Vladimir Putin olmaqla rusiyalı siyasətçilərin bir qismi Qazaxıstan addında dövlətin Rusiya torpaqları üzərində qurulduğunu iddia edirlər. Ancaq Qazaxıstanı qarışdırmaq Kremlə nə verəcək? Qazaxıstanın hazırki hakimiyyəti Rusiya ilə birgə bütün ittifaqlarda yer alıb, Kremlin ideyaları əleyhinə getmir. Kreml Nazarbayev-Tokayev cütlüyünü niyə devirsin ki?".
"Qərb dövlətlərinə gəldikdə Vaşinqtonun və Brüsselin Qazaxıstanı qarışdırmaq üçün əllərində kifayət qədər alət yoxdur. Digər tərəfdən ABŞ və Avropa İttifaqının Qazaxıstanda xaos yaratmaqda marağı yoxdur. Çinə gəldikdə Pekinin son zamanlar Astana ilə münasibətlərdə gərginlik var idi. Çin sentyabr ayı ərzində Qazaxıstanla sərhəddə idxal-ixrac əməliyyatlarında süni gərginlik yaratmışdı. Pekin Qazaxıstanın uyğurlara isti münasibətdən narazıydı. Pekin türkdilli Qazaxıstanın türkdilli uyğulara işkəncə verməsinimi gözləyirdi?
Moskva və Pekin Qazaxıstandakı olaylarla əlaqəli olmasalar da, Qazaxıstanın asılı dövlət kimi idarə olunmasında maraqlıdırlar. Qazaxıstanda sabitlik pozularsa və xaos artarsa Rusiya və Çinin bu ölkəyə müdaxilə etməsi ehtimalı artacaq. Türkiyə də hadisələri kənardan izləyir. Ancaq son hadisələr Qazaxıstanı zəiflətmək, ən pis halda isə parçalamaq həddinə gətirərsə, Ankara seyrçi qala bilməyəcək", – deyə E.Şahinoğlu bildirib.

Siyasi       Tarix: 05 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam.az xeberler cəbhədən son xeber ən son xeberler xeber