Kripto-kalkulyator nədir?
Treyderlər və bir çox investorlar alqı-satqı əməliyyatlarını etməzdən əvvəl öz investisiyalarının potensial rentabelliyini qiymətləndirirlər. Kripto-kalkulyatorlar rəqəmsal aktivlərə edilən investisiyanın maliyyə nəticəsini tez bir zamanda təxmin etməyə kömək edir. Kalkulyator müəyyən bir qiymət aralığında hər hansı bir kriptovalyutanın alınması və satılması xərcini təyin etmək üçün istifadə olunan bir vasitədir. Bu zaman alınacaq kriptovalyutanın adını, miqdarını və alış qiymətini daxil etmək kifayətdir ki, proqramın özü rəqəmsal aktivin təxmin edilən qiymətini nəzərə alaraq mümkün qazancı və ya zərəri hesablasın. Hazırda kripto investisiyaların mənfəətliliyini hesablamağı asanlaşdıran müxtəlif kalkulyatorlar mövcuddur:
Bitcoin Trading Calculator - əməliyyatın gəlirliliyini hesablayarkən treyderin komissiyasını və strategiyasını nəzərə alan bitcoin kalkulyator.
Sabe Calculator - Tether (USDT), Ripple (XRP), Litecoin (LTC) əməliyyatlarının gəlirliliyini hesablamağa imkan verən kalkulyator.
Bəzi kalkulyatorlarda var ki, rəqəmsal aktivlərin dəyərini cari məzənnə üzrə fiat (kağız) valyutalara çevirmək üçün nəzərdə tutulub. Misal üçün, CoinMarketCap Calculator - bu kalkulyatorla siz rəqəqmsal aktivinizin dollar və ya manat ekvivalentində dəyərini müəyyən edə bilərsiz. Currexy - BTC-nin dəyərini fiat valyutada və ya digər kriptovalyutalarda müyyən etməyə imkan verir.
Kriptovalyuta mayninqinin gəlirliyini hesablayan kalkulyatorlar.
Bu tip kalkulyatorlar mayninq üzrə gəliri hesablamaq üçün elektrik enerjisi xərclərini və blok üzrə mükafat kimi amilləri nəzərə alır. Mayninqin illik, aylıq, həftəlik və gündəlik rentabelliyini təyin etmək mümkündür. Belə kalkulyatorlara misal olaraq CryptoCompare Calculator və BTC.com Mining Calculator göstərmək olar.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar