"Kristal" və "Prysmian Group" arasında əməkdaşlıq memorandumu imzalandı
"Kristal" şirkəti ilə kabel sistemləri sənayesində qlobal liderlərdən biri olan İtaliya brendi "Prysmian Group" arasında əməkdaşlıq memorandumu imzalanıb.
"Qafqazinfo" xəbər verir ki, memorandum "Prysmian Group"un Rusiya və MEART regionu üzrə Baş Kommersiya Direktoru Murat Tezcan və "Kristal" şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.
İmzalanmış memorandum tərəflər arasında indiyədək mövcud olan uğurlu əməkdaşlığın davamı olmaqla yanaşı, davam edən layihələrlə bərabər, gələcək illəri əhatə edən fəaliyyət planını da özündə əks etdirir. Razılaşma çərçivəsində "Kristal"ın həyata keçirdiyi "City Garden Narimanov", "Park Yasamal", "Highland Residence", və "Biləcəri" layihələrində "Prysmian Group" istehsalı olan yanmayan kabellərdən istifadə olunacaq. Sözügedən məhsullar mənzil daxili elektrik xətlərinin çəkilişi mərhələsində tətbiq olunacaq.
Qeyd edək ki, "Prysmian Group" kabel sistemləri sahəsində dünyanın aparıcı brendlərindən biridir və yüksək texnologiyalı, təhlükəsizlik standartlarına cavab verən məhsulları ilə tanınır. Şirkət tərəfindən istehsal olunan yanmayan kabellər yanma zamanı tüstü buraxmır, bu isə yaşayış binalarında təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
Memorandum hər iki şirkət üçün strateji əhəmiyyət daşıyır və gələcəkdə əməkdaşlığın daha genişmiqyaslı layihələr üzrə davam etdirilməsi üçün möhkəm zəmin yaradır.
Ətraflı: *1544
kristal.az
/ azxeber.com
f Paylaş
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür