Kristina kosmosda rekord vuracaq, biz hələ fişəngi meymunun əlindən ala bilmirik

Kristina kosmosda rekord vuracaq, biz hələ fişəngi meymunun əlindən ala bilmirikKristina kosmosda rekord vuracaq, biz hələ fişəngi meymunun əlindən ala bilmirik
Kubra Məhərrəmova yazır...
Əvvəla, Yeni il bayramından sağ çıxan hər kəsə salam.
Niyə sağ çıxan?! Çünki hər addımbaşı bizi gözləyən təhlükəni deyirəm. Şəhərə gəzintiyə çıxmaq sanki minalanmış sahədə yeriməyə bənzəyir. Hansı addımdan sonra partlayış səsi gələcək, adam onu təxmin edə bilmir. Məncə, ən təcrübəli hərbçi belə təxmin edə bilməz.
Birinci xəbərdarlıq.
Çalışın tətil günlərində küçəyə çıxmayasınız, ələlxüsus, əgər körpə uşaqlarınız varsa. Bir də gördün hansısa ağıldankəm, axmaq partlayan pirotexniki vasitəni yandırıb qaçdı. Əgər övladınız yalnız qorxub ağladısa, Allaha şükür edin. Şükür edin ki, axmaq, sırtıq birinin etdiyinə görə uşağın əli-üzü yanmadı.
İndi ha söy, ya söymə, qaçıb getdi.  Baxırsan ki, uzunqulaq boydadır, amma uzunqulağın ağlı yoxdur gədədə. Tutub uzunqulaq kimi çırpsan, onda da polis əmilər gələcək ki, bəs "xalxın" uzunqulağına əl qaldırmısınız. Gedirik bölməyə, izahat yazmağa. Uzunqulağın nəsil-nəcabətin də söyə bilmirsən, çünki yanında uşaq var. Qalırsan kor-peşman.
İkinci xəbərdarlıq.
Qapı-pəncərəni bərk bağlayın. Çünki pirotexniki vasitəni şəhərdə ayaq altına yandırıb atan uzunqulağın atası sizin binada yaşaya bilər. Bir də görürsən, burmabığ dayday gülə-gülə bu zibili yandırıb atır küçəyə. Bakı küləyinə də quzu kəsim, yanan fişəngi pəncərədən salır evə. Bir də görürsən ki, evdəki pərdələr alışıb yanır. İndi gəl, axtar yekə uzunqulağı.
 Məlumat üçün deyim ki, fişənglər alışanda onların yanma istiliyi 1000 dərəcə temperatura çatır.
Üçüncü xəbərdarlıq.
Mütləq övladlarınıza başa salın. Başa salın ki, bu fişənglər və digər pirotexniki vasitələr çox təhlükəlidir. Necə ki, dekabrın 31-də beş nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib: Onlardan ikisi yanıq, üçü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Xəbəri Səhiyyə Nazirliyi verib.
Bundan başqa, adamın ata-anasını da söyürlər. Daha hirsli adamlar adamı salar təpiyinin altına, fişəng gününə salır. Bu, əyləncə vasitəsi deyil.  
Sən demə, qanunla olmaz! Amma şəhər pirotexniki vasitə ilə doludur!
23 dekabr 2003-cü il tarixli, 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, partlayıcı maddə və qurğuların, eləcə də, tezalışan maddələrin və pirotexniki vasitələrin mülki dövriyyəsi tamamilə məhdudlaşdırılıb.
Əla. Deməli, ölkəyə xaricdən iki cüt corab gətirəndə deyirlər ki, qanunla olmaz. Çünki ikinci cüt corab kommersiya məqsədi ilə gətirilib. Vergi ödəməlisiniz. Qardaş, olmaz olmaz da. 36 faizi ödəyib gedirsən.
İndi mənə maraqlıdır. Kilolarla gətirilən bu pirotexniki vasitələr sərhəddən necə keçir? Necə satılır? Axı iynə deyil ki, paltarına sancıb keçirəsən.
Bütün bu mənzərəyə baxanda düşünürsən ki,  2020-ci ildir. NASA-nın qadın astronavtı Kristina Kuk qadınlar arasında kosmik uçuşa görə rekord vuracaq. Kristina kosmik stansiyada 2019-cu ilin 14 martından uçuş mühəndisi kimi fəaliyyət göstərir. Az qala bir il olacaq. Biz isə hələ fişəngi meymunun əlindən ala bilmirik.  İnsan övladının axmaqlığındanmı, nadanlığındanmı, bax onu bilmirəm. /oxu.az

Sosial       Tarix: 03 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeber son xeberler 2026 axsam az xeberler cəbhədən son məlumatlar