KTMT sülhməramlılarının Qazaxıstandakı missiyası başa çatdı
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb".
Bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdükov söyləyib.
O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin etdiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.
Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 6-da qəbul etdiyi qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Kontingentə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğız Respublikası silahlı qüvvələrinin bölmələri daxildir.
Yanvarın 13-də sülhməramlı kontingentin Qazaxıstan ərazisindən mərhələli şəkildə çıxarılmasına başlanılıb və bu, bir neçə gün davam edəcək.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı