Küçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTO

Küçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTOKüçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTO
Son beş ayda Karib hövzəsində silahlı dəstələrin artması səbəbindən ən azı 96 min haitili öz yaşayış yerlərindən didərgin düşüb. Onların əsas hissəsi hazırda cinayətkar qruplaşmaların nəzarətində olan Port-o-Prens şəhərinin ətraf ərazilərində yaşayıb.
Bildirilir ki, paytaxt ərazisi soyğunçuluq, zorlama və adam oğurluğu da daxil olmaqla, hər cür zorakılıq hərəkətləri üçün "arenaya" çevrilib. Silahlı qruplaşmaların fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən humanitar yardımın çatdırılmasına mane olur. Həmçinin vəba xəstəliyinin artması fonunda xəstəxanaların bağlı qalması da on minlərlə sakinin evlərini tərk etmək məcburiyyətində qoyur.
Şahidlərin sözlərinə görə, tez-tez fərqli qruplaşmalar arasında silahlı münaqişələr yaşanır.
Küçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTOYerli sakinlər silahsız olduqlarını göstərmək üçün küçədə əlləri yuxarı vəziyyətdə gəzirlər.
Xatırladaq ki, Haitidə hökumətin yanacaq subsidiyalarını azaltmaq qərarından sonra silahlı dəstələr paytaxt Port-o-Prinsdə yanacaq terminalını mühasirəyə aldılar. Bu da ölkədə faktiki olaraq bütün iqtisadi fəaliyyətləri dayandırdı və xəstəxanaların bağlanmasına səbəb oldu.
Oktyabrın əvvəlində Haitinin baş naziri Ariel Henri beynəlxalq ictimaiyyətdən silahlı dəstələrə və humanitar böhrana qarşı mübarizədə kömək istəyib. BMT Təhlükəsizlik Şurası Haitidəki ekstremist qruplara qarşı sanksiyalar və silah embarqosu tətbiq edib. Təşkilatın baş katibi Antonio Quterreş Haitidəki humanitar böhranın həlli üçün beynəlxalq qüvvələrin yerləşdirilməsi məsələsinə baxmağı təklif edib, lakin ölkənin bəzi siyasi qüvvələri xarici kontingentin gətirilməsinə qarşıdır.
Küçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTOKüçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTOKüçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTOKüçədə əlləri yuxarı vəziyyətdə gəzmək məcburiyyətində olan haitililər çarəsiz qalıb - FOTOMənbə: Prensa Latina / oxu.az

Maraqlı       Tarix: 30 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes ən son xeberler azerbaycan son xeber bugun son xeber 2026