Kuleba Lavrovla yenidən görüşməyə hazırdır
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyənin vasitəçiliyi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yenidən görüşməyə hazırdır.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Dmitri Kuleba Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlar zamanı türkiyəli həmkarı ona martın 16-da Moskvaya səfəri barədə məlumat verib. O, Ankaranın Rusiya və Ukrayna arasında vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.
"Dövlətimiz Türkiyənin Rusiya Federasiyasını silahlı təcavüzünü dayandırmağa və qoşunlarını Ukrayna ərazisindən çıxarmağa məcbur etmək üçün diplomatik səylərini yüksək qiymətləndirir. Əgər Rusiya konkret nəticələr naminə ciddi dialoq aparmaqda qərarlıdırsa, mən Ukrayna, Türkiyə və Rusiya xarici işlər nazirləri formatında dialoqu davam etdirməyə hazıram", – Kuleba vurğulayıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti