Kürdəmirdə oğurluq edən şəxslər saxlanıldı
Kürdəmirdə oğurluq edən şəxslər saxlanıldı
Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında marketlərin birinin seyfindən oğurluq edən dəstə üzvləri saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Kürdəmir rayon sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək onun işlədiyi marketdən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri Rəşad Tağıyev, əvvəllər məhkum edilmiş Samir Niftalıyev və Saatlı rayon sakini Sabir Muradov saxlanılıb.
Araşdırmalarla onların 2000 manat məbləğində pulu marketin seyfindən oğurladıqları müəyyən edilib. S.Niftalıyevin ətrafında davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki daha bir marketdən 900 manat məbləğində pul oğurladığı aşkar edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir. /oxu.az

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR