"Kürəkənim deyir ki, kef elə, nə istəyirsən geyin" – Rəqsanə açıq-saçıq geyinməsindən danışdı
"Xəbərlər yayılıb ki, güya mən qızım Aysunun Bakıda olacağı toyunda iştirak etməyəcəyəm. Bu, yalan xəbərdir".
azxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyadan Vətənə bir müddətlik geri qayıdan müğənni Rəqsanə İsmayılova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi Aysunun Bakıda keçiriləcək toyunda ona özəl hədiyyə bağışlayacağını açıqlayıb.
"Aysunun toyunda iştirak edəcəyəm, amma cavanlarla orada əylənəsi deyiləm. Təbrik edib, hədiyyəmi verib, çıxıb gedəcəyəm. Aysuna özəl bir hədiyyəm olacaq. Onu böyüdüb, boya-başa çatdırmışam. Ona böyük bir hədiyyə bağışlamağa dəyər".
Rəqsanə kürəkəni Eşqinin qızı Aysunla evlənmələrinə öncə qarşı çıxsa da, sonra məhəbbətin qalib gəldiyini vurğulayıb.
"Həyat yoldaşım Fazil Əmiraslanov istədi ki, Eşqinlə özü şəxsən görüşsün. Elə də oldu. Onlar görüşdülər. Eşqin Fazil bəylə danışdı. Eşqini birinci mən tanımışam. İlk başdan onların evliliyinə razı deyildim. Sonra gördüm ki, "Onların sevgisinin qarşısını kəsə bilmərəm".
İsmayılova haqqında sosial şəbəkələrdə yazılan "Qaynanadır, amma açıq-saçıq geyimlər geyinir, "Kürəkənin var…" rəylərə də münasibət bildirib.
"Mən müğənni adamam. Mənim 100 kilo çəkim yoxdur ki, açıq-saçıq geyinməyim. Burada nə var ki?! Rusiyada yaşayıram. Qısa ətək də, şort da geyinə bilərəm. Deyirlər ki, kürəkəni var, şort geyinir. Eşqin isə deyilənləri gülüşlə qarşılayır. Eşqin söyləyir ki, "Ay müdir, keyf elə, nə istəyirsən geyin".
R.İsmayılova oğlu Muhammədə tezliklə Bakıda kiçik toy edəcəyini də açıqlayıb.
"Daha iki ay Azərbaycanda olacağam. Oğlum Muhammədə kiçik toy edəcəyəm. Buna görə də burada işlərim çoxdur. Kiçik toyda Türkiyədən də, Rusiyadan da müğənnilər iştirak edəcək. Az sayda seçmə sənətçilərimiz də oğlumun özəl gününə dəvətlilər sırasında olacaqlar".
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda dörd övladı var.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA