Kursk döyüşü ilə Şuşanın nə əlaqəsi?

Kursk döyüşü ilə Şuşanın nə əlaqəsi?Rusiya avqustun 6-dan bəri ciddi cəhdlərə baxmayaraq, Ukrayna ordusunu Kurskun sərhəd bölgələrində tutduğu ərazilərdən çıxara bilmir. Rəsmi xronika Ukraynanın ciddi itkiləri olduğunu, irəliləməyə imkan verilmədiyini xəbər verir, Ukrayna mənbələri isə məsələn, bu gün Sudja yaxınlığında daha bir rayona(qəsəbə) nəzarəti ələ keçirdiyini iddia edir.
KONKRET.az xəbər verir ki,Qaçqınların sayının artması sərhəddə vəziyyətin gərginliyindən xəbər verir. Rusiya Priqojinin qiyamından sonra muzdlu döyüşçülərdən ibarət "Vaqner"çiləri yenidən önə çıxarmağa məcbur oldu, çeçen döyüşçülərindən ibarət "Axmat" da Kurska göndərilib. Amma Ukraynanı hələ ki, geri oturtmaq mümkün olmayıb.
Kursk döyüşü ilə Şuşanın nə əlaqəsi?Ukraynanın bu əməliyyatını indi 1950-ci il Koreya yarımadasında müharibənin taleyini həll edən İnçxon limanın hücumla müqayisə edirlər. 1950-ci ilin sentyabrında Koreya yarımadasının 95 faizə Şimali Koreya nəzarət etdiyi bir vaxtda BMT sülhməramlıları adı altında yarımadaya göndərilmiş amerikalı desantlar gözlənilmədən böyük qüvvə ilə İnçxon liman-şəhərinə giriblər ki, Pxenyanın bir neçə kilometrliyində olan Şimali Koreya ordusu cəmi bir aydan sonra öz sərhədlərinədək geri çəkilməyə məcbur olub.
İndi xüsusilə, ABŞ nəşrləri Zelenskinin bu riskli addımını amerikalı dəniz piyadalarının şücaəti ilə müqayisə etməyə həvəsləniblər. Olsun, "risk etməyən şampan içməz". Kurskda Rusiya-Ukrayna müharibəsinin taleyini həll olunacağını gözləmək əlbəttə, fantastik kimi görünür, çünki indi nə 1950-ci ildir, nə Rusiya 38-ci paralel ölkəsi Şimali Koreya… Doğrudur, indi Ukraynaya dünyanın əsas ölkələri dəstək, silah verir, amerikalı generalların da Kursk əməliyyatında ciddi dəstəyi hamıya aydındır. Amma o da faktdır ki, Ukrayna ordusunun Kursk vilayətindəki təzyiqlərinə baxmayaraq, Rusiya qoşunları xüsusilə Donbasda hücumlarını davam etdirir, Kiyevi bombalayırlar. Əgər bu əməliyyatın məqsədi Rusiya qoşunlarının qüvvələrini bir neçə cəbhədə parçalamaq məqsədi daşıyırsa, ruslar hələ bütün cəbhələrdə müharibəni əvvəlki şiddəti ilə davam etdirirlər. Rusiya mobilizasiya da elan etməyib, amma hərbi ekspertlər bu haqda danışırlar. Bütün ölkə Kurska yardım üçün toparlanıb. Rusiya cəmiyyəti "Vətən səni çağırır" kimi köhnəlmiş şüarlar ətrafında toparlanmağı bacarır. Ukraynanı yad ölkədə müharibə hesab edənlər var, amma Kursk artıq vətəndir və Rusiya hələ ki, bəzi qüvvələrini ehtiyatda saxlayır.
Kursk döyüşü ilə Şuşanın nə əlaqəsi?Ukraynanın necə, nəzarət etdikləri əraziləri saxlamağa, bir qədər də irəliləməyə qüvvəsi varmı? Rusiyanın təbliğat maşını son bir-iki ayda iddia edirdi ki, Ukraynanın döyüşməyə canlı qüvvəsi qalmayıb, gəncləri, qocaları zorla cəbhə zonasını göndərirlər və sairə. Əgər belə idisə, birdən-birə bu qədər canlı qüvvə Ukrayna ordusuna haradan gəldi? İndi də deyirlər ki, Ukrayna həbsxanadakı caniləri, Polşa muzdlularının köməyi ilə Kurska girməyi bacarıb. Bu müharibə çoxdan bütün sərhədləri aşıb, Ukrayna ordusunda da, Rusiya ordusunda da müqaviləli muzdlular var, həm də hər ölkədən. Ukraynanın onların xidmətindən istifadə etməsi müasir müharibə qanunlarına uyğundur. (Bir dəfə yazmışam, Donbas nə Ukraynanın, nə Rusiyanın vətən müharibəsidir. Bizim Birinci və İkinci Qarabağ müharibəsinə də bənzəməz). Demək, bu cür təbliğatla ya Putini aldadıblar, ya da ordu rəhbərliyində xainlər var.
Kursk döyüşü ilə Şuşanın nə əlaqəsi?"Axmat"ın rəhbəri general Alaudinov bizim də "yaxşı" tanıdığımız Semyon Peqova müsahibəsində deyib ki, "müəyyən komandirlərin yatdığı bəzi ərazilərə düşmən sakitcə ordu çıxarıb, burada yerləşmək və möhkəmlənmək üçün hətta hazırlıqla məşğul olub". Kurskun qubernatorunu Putin öz seçkisindən sonra nazir təyin edib, Rusiya mediası indi yazır ki, sərhəddə istehkam-möhkəmlənmə işləri adı altında milyardlar silinib, əvəzində isə bir neçə dəlmə-deşik qazılıb. Yəni Ukrayna Kursku təsadüfən hədəf seçməyib, öyrəniblər, müşahidə aparıblar və hücum ediblər…
Kursk döyüşü ilə Şuşanın nə əlaqəsi?Şuşaya erməni hücumundan bir neçə ay əvvəl danışırdılar ki, Xankəndidən şəhərə gələn yollar minalanıb. Yəni düşmən o istiqamətdən gələ bilməz və sairə. Amma ermənilər hücum edəndə nədənsə, o "mina"ların heç biri partlamadı…/Musavat.com

Siyasi       Tarix: 12 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler cebheden xeberler oxu.az xeberler bugunun xeberleri