Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
KONKRET.az xəbər verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlətimizin başçısına təqdim edərək, Baş nazirin ölkəmizlə uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirdi.
Lord Anas Sarvar ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını dedi.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğuladı, müstəqilliyimizi bərpa etdikdən bəri ölkələrimizin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd etdi.
Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin ölkəmizə səfəri məmnunluqla xatırlandı, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlif səviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunuldu, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edildi.
Görüşdə ölkələrimiz arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Siyasi       Tarix: 07 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb

Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Tacikistan Respublikasının Avstriya Respublikasındakı səfiri Manuçehir Cobirlə nəzakət görüşü keçirib. xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyada səfirliyini

Azərbaycanla delimitasiya prosesi... - Kobaxidze

"Biz Azərbaycan və Ermənistanla dostluq münasibətləri saxlayırıq, hər iki dövlətlə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlər aparılmalıdır". APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazir

Əlimiz tətikdədir, ABŞ-ı peşman edəcəyik - Əzizi

İranın Silahlı Qüvvələri ABŞ və İsraillə mümkün yeni qarşıdurma mərhələsinə tam hazırdır. KONKRET. -a istinadən verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünü

"Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni reallıqla

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib. xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib. "Bütü

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönü təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ö

İlham Əliyev İraq prezidentini təbrik etdi

Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızd

Sülh istəyirsiniz, yoxsa müharibə? – Ermənistanın BMT həmləsi sual doğurdu

Ermənistan sülhdən və Azərbaycanla qonşuluq münasibətləri qurmaqdan danışdığı bir vaxtda BMT tribunasından Azərbaycanda cinayət əməllərinə görə məhkum edilmiş 19 erməni cinayətkarın məsələsini yenidən gündəmə gətirib. xəbə

İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. xəbər verir ki, səfir etimadnaməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber son xeberler 2026 sonxeber.az son xeberler azerbaycan