3 oktyabr 1993-cü il – Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı

3 oktyabr 1993-cü il – Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcıAzərbaycanın müasir tarixində 3 oktyabr 1993-cü il xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün keçirilmiş prezident seçkiləri ölkənin müstəqillik tarixinin mürəkkəb və ziddiyyətli mərhələsinə təsadüf etmiş, Azərbaycanın gələcək siyasi inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisəyə çevrilmişdir.
Azərbaycan xalqının seçimi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu hadisə ölkədə dövlət idarəçiliyinin yenidən formalaşdırılması, ictimai-siyasi sabitliyin təmin edilməsi və müstəqil dövlətçilik institutlarının möhkəmləndirilməsi prosesinin mühüm mərhələlərindən biri olmuşdur.
1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Heydər Əliyevin prezident seçilməsi ilə ölkədə dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yeni mərhələ başlanmışdır. Heydər Əliyev dövlətə və xalqa sədaqət andı içərək ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etmək, daxili siyasi sabitliyi təmin etmək və müstəqilliyin qorunması istiqamətində qətiyyətli addımlar atmışdır.
Bu mərhələdə Ümummilli Liderin əsas prioritetlərindən biri Azərbaycanın hüquqi, siyasi və iqtisadi suverenliyinin təmin edilməsi olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında dövlətin əsas təsisatları möhkəmləndirilmiş, milli Konstitusiyanın qəbulu ilə hüquqi baza formalaşdırılmış, demokratik dövlət quruculuğu prosesi sürətləndirilmişdir.
1991-1993-cü illərdə ölkədə hökm sürən siyasi böhran və idarəetmədəki çətinliklər Azərbaycanı parçalanma həddinə gətirmişdi. Xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyin qorunması istiqamətində mühüm addımlar atmış və ölkədə sabitliyin bərqərar edilməsinə nail olmuşdur.
Heydər Əliyevin prezidentliyi dövründə formalaşan mühüm konsepsiyalardan biri də azərbaycançılıq ideologiyası olmuşdur. Bu ideologiya dünya azərbaycanlılarını birləşdirən mənəvi-siyasi dayağa çevrilmiş, milli ruhun yüksəlməsinə və tarixi yaddaşın bərpasına mühüm təsir göstərmişdir.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişaf modelinin əsasları müəyyənləşdirilmiş, xarici investisiyaların ölkəyə cəlb olunması istiqamətində mühüm addımlar atılmışdır. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoyan mühüm hadisələrdən biri olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr Azərbaycanın qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsinə şərait yaratmışdır.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası isə ölkənin hüquqi və demokratik inkişafının əsaslarını müəyyənləşdirmişdir. Hakimiyyət bölgüsü, insan hüquqlarının təminatı, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması kimi fundamental prinsiplər dövlət quruculuğunun əsas istiqamətlərinə çevrilmişdir.
Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri də möhkəmlənmişdir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq təşkilatlarda ölkəmizin mövqelərinin müdafiəsi və Azərbaycanın beynəlxalq layihələrdə iştirakı bu siyasətin mühüm istiqamətlərindən olmuşdur.
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsi Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu tarix dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün müstəqil Azərbaycan dövləti möhkəm bünövrələr üzərində inkişaf edir. Heydər Əliyevin dövlətçilik ənənələri, azərbaycançılıq məfkurəsi və siyasi irsi ölkənin müasir tarixində mühüm yer tutur.
Mönsüm Alışov, pedaqoji elmlər doktoru / azxeber.com

Siyasi       Tarix: 04 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktor

Prezident 'Rebuild Karabakh' sərgisinin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. xəbər verir ki, dövlət başçısının müraciət

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İs

Azər Həsrət: "Təəssüf ki, qardaş Türkiyə bu cür davranışla İranın yanında yer almış oldu..."

"Təəssüflər olsun, həftələrlə apardığımız izahat işinə baxmayaraq qardaş Türkiyədə bəlli mərkəzlər Azərbaycanı İran ağzı ilə tənqid və təhqir etməyə davam edir. Mən bir neçə video çəkərək türk dilində paylaşımlar etmişəm

Hakan Fidan Bakıdadır

Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycana gəlib. xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Türkiyəli naziri Heydər Əliyev Beynəlxalq Hava Limanında gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb

Dünyəvilik müzakirələri böyüyür: Azərbaycana qarşı təzyiqin arxasında nə dayanır?

Dünyanın müxtəlif regionlarında dini amillərin siyasi proseslərə təsirinin artması dünyəvi dövlət modelinin qorunmasını milli təhlükəsizlik və ictimai sabitlik baxımından daha da aktuallaşdırır. Azərbaycan Konstitusiyasınd

Zelenski Brüsselə getdi - Onlarla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedib. xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib. Zelenskinin NAT

ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır

Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər. xəbər verir ki, bunu Çinin Vaşinqtondak

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib

İranın daxili işlər naziri İsgəndər Momeni göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Bu barədə İsgəndər Momeni İlham Əliyevlə görüşə zamanı bildirib. Nazir qeyd edib ki, Azərbayc


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou ensonxeberler son.xeber cəbhədən son vəziyyət