Kurska qəfil hücum Putinin xüsusi əməliyyatıdır – Sensasion iddia
"Bloomberg"in verdiyi məlumata görə, Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə gözlənilən hücumu barədə iki həftə öncədən məlumatlı olub, lakin ölkənin hərbi rəhbərliyi bu məlumatlara məhəl qoymayıb.
KONKRET.azxəbər verir ki, Ukraynanın hücum hazırlığı ilə bağlı prezident Vladimir Putinə məlumat verilməyib. Baş Qərargah rəisi Valeri Gerasimov da kəşfiyyat məlumatlarına məhəl qoymayıb.
Amma bunun əksini deyənlər də var. İddialara görə, Rusiya hakimiyyəti Ukrayna ordusunun hissələrinin Kurska girməsinə bilərəkdən göz yumub. Bildirilir ki, burada məqsəd, ukraynalı hərbçiləri tələyə salmaqdır. Bir sözlə, Kurska hücumun əslində Putinin taktikası, xüsusi əməliyyatı olduğu versiyaları irəli sürülür.
Bəs burada məqsəd nədir? Putin Zelenskini niyə Rusiyanın içinə çəkdi? Ukrayna ordusunu bu qədər yaxına buraxmaqda məqsəd nə ola bilər?
Mövzunu şərh edən politoloq Turab Rzayev deyib ki, səsləndirilən fikirlərin reallığı əks etdirdiyini söyləmək çətindir:
"Rusiyanın qəsdən Ukraynaya məğlub olması və öz imicini yerlə bir etməsi ağlabatan görünmür. Çünki bu, Rusiya müttəfiqlərində də müəyyən şübhələr yaradar. Çin, İran və s. Rusiyanın özünü müdafiə etmək qabiliyyəti ilə bağlı açıq şəkildə şübhəli davranarlar. Rəsmi Moskvanın zənn edildiyi qədər güclü müttəfiq olmadığı ilə bağlı qənaətə gələcəklər. Digər tərəfdən, Rusiya hələ də ukraynalı döyüşçüləri Kurskdan çıxartmaqda çətinlik çəkir. Miqrantlardan və muzdlu qüvvələrdən istifadə, görünür, Kremldə lazımi tələbatı ödəmir. Buna görə də məcburi əsgərliyə çağırış elan ediblər. İnsan resurslarının bu qədər az olduğu vaxtda Rusiyanın öz imicini yerlə bir etmək istəyi real deyil".
Politoloq qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin hücumun qarşısını ala bilməyən generallarla haqq-hesab aparacaq:
"Putinin həmin əraziyə ordunu deyil, Federal Təhlükəsizlik Xidmətini göndərməsi, Kurskun azad edilməsini FSB-yə tapşırması da onun orduya inamının olmadığını göstərir. Rusiyada güc strukturları arasında rəqabət davam edir.
Vladimir Putin mövcud vəziyyətdən istifadə edərək öz rəqiblərini və orduda ona tabe olmayan gücləri neytrallaşdıra, ordunu cəzalandıra bilər. Lakin bunun müsbət nəticə verəcəyini düşünmürəm. Hətta əks effekt verməsi də istisna deyil"./Globalinfo.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar