Kuryerlərə "istirahət", sifarişlərə "hava xərci" - Qarlı Bakıda kafe-restoranlar necə işləyir?

Kuryerlərə Kuryerlərə "istirahət", sifarişlərə "hava xərci" - Qarlı Bakıda kafe-restoranlar necə işləyir?
Xəbərdarlığı özündən günlərlə əvvəl gələn qar nəhayət yanvarın 8-dən Bakını ağ örpəyə bürüdü. Qartopu oynamaq fürsəti qazananlar sevindilər, işə gedənlər yolda qaldılar, kimisi qəzaya düşdü, kimisi yıxılıb əzildi. 
Soyuq havalar məlumdur ki, aclıq hissini artırır və günortaya doğru bu hiss daha da güclənir. Maraqlıdır, qarlı hava şəraiti kafe və restoranların fəaliyyətinə necə təsir göstərib? Tələbat necədir?
Oxu.Az-ın əməkdaşı dəyişkən hava şəraiti ilə bağlı ictimai iaşə müəssisələri arasında sorğu keçirib. Maraqlı məqamlar ortaya çıxıb.
Mərdanov Qardaşları küçəsində yerləşən kafelərdən birindən verilən məlumata görə, əvvəlki günlərə nisbətən sifarişlərdə azalma var:
"Müraciət edənlərin sayında az da olsa, azalma müşahidə olunur. Lakin əvvəlcədən rezerv edib, ləğv edənlər yoxdur. Əvvəlki günlərə nisbətən azalma var, çatdırılma xidməti hazırda yoxdur. Ümumiyyətlə çatdırılma yoxdur".
Səbail rayonunda yerləşən restorandan bildirilib ki, müştəri sayı ötən həftə ilə eynilik təşkil edir:
"Azalma müşahidə olunmayıb. Rezervlərini ləğv edən də yoxdur. Ətraf ərazilərə kuryer vasitəsi ilə çatdırılma mövcuddur".
Bayraq meydanı ətrafında yerləşən restorandan hava şəraitinə görə ciddi dəyişiklik müşahidə olunmadığı qeyd edilib:
"Kəskin dəyişiklik yoxdur. Rezervlər həmişəki qaydadadır. Bu gün iş günü olduğu üçün şənbə və bazara nisbətən bir qədər azdır. Ümumilikdə isə iş normada, öz qaydasındadır. Çatdırılma xidməti fəaliyyət göstərmir".
Fəvvarələr meydanı ətrafında yerləşən restorandan bu gün üçün yerlərin ümumiyyətlə rezerv olunmadığı bildirilib:
"Digər günlərə nisbətən bu gün azalma var. Bu da hava ilə əlaqədardır. Restorana ən çox həftənin şənbə və bazar günləri müraciət edirlər. Bu gün həftəiçi olduğuna və hava şəraiti səbəbindən rezervlərimiz olmayıb, müştəri sayı da azdır. Bizdə çatdırılma yoxdur. Hələ ki sifarişimiz də yoxdur. Kuryer də xidmət göstərmir".
İçərişəhərdə yerləşən restoranlardan biri həftənin ilk günlərində müştəri sayının həmişə az olduğunu bildirib:
"Həmişə bazar ertələri müştəri az olur. Lakin ümumilikdə o qədər də azalma yoxdur. Rezervləri ləğv edənlər də yoxdur".
Heydər Əliyev prospektində yerləşən restorandan verilən məlumata görə, bir çox müştəri hava şəraitinə görə rezervləri ləğv etdirib:
"Müştəri sayında azalma var. Hava şəraiti ilə əlaqədar rezervlər də ləğv olunub. Bununla yanaşı, əksər müştəri dediyi vaxtdan xeyli sonra gəlib çıxa bilib. Normaldır".
Şıx qəsəbəsində yerləşən restorandan isə qonaq sayının normal olduğu bildirilib:
"Bizim restoranda həftənin ilk günü olmasına baxmayaraq, qonaq sayımız normaldır. Yola görə səhər yeməyinə gecikənlər çox oldu. Lakin rezervini ləğv edənlər olmadı. Çatdırılma ancaq yaxın məsafələrə olur. Kuryer çatdırır. Fəaliyyətini hazırda dayandırıb".
İçərişəhərdə yerləşən digər bir restoran da müştəri sayının azalmadığını əlavə edib:
"Azalma yoxdur. Normaldır. Rezervini təxirə salanlar da olmadı".
Çatdırılma xidməti ilə bağlı da araşdırma apardıq. Araşdırmalardan məlum oldu ki, havanın kəskin dəyişməsi çatdırılma xidmətlərindən də yan keçməyib. Xidmətlərdə iki-üç manat arası artımlar müşahidə olunur.
Nəzrin Vahid

Maraqlı       Tarix: 09 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər havanın temperaturu meherremlik 2026 son xabar