Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO

Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTOKüsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO
Kulis.az rejissor Arif Babayev haqqında maraqlı faktları nəşr edib.
Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. Ailədə beş qardaş olublar. Evin ən böyük uşağı Arif olub. Uşaq olanda futbolu çox sevib. Bir də kiçik yaşlarından kinoteatrda filmlərə baxmağı. O, böyük maraqla futbolçuların şəkillərini toplayır, kino sənətinə dair kitablar, qəzet materialları oxuyurdu. 1947-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində daxil olur.
***
Gənclik illəri cazın inkişaf etdiyi dövrlərə düşən Arif Babayevin də musiqiyə həvəsi yaranır və o, bir müddət trubada ifa edir. Vaqif Mustafazadə ilə dost olması onun caza olan sevgisini daha da artırır. Onun bu sevdasına ən çox etiraz edən atası olur. Hacıağa müəllim oğlunun milli musiqi alətlərini qoyub, truba çalmasına narazılıq edir.
Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTOArif Babayev 1947-1953-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində tanınmış rejissor, aktyor və pedaqoq Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən rol bölgüsündə müəllimi ona da Qorodniçi obrazını tapşırır. 1953-cü ildə institutu bitirdikdən sonra Naxçıvan teatrına göndərilir. Həmin teatrın səhnəsində Qoqolun "Evlənmə" pyesini səhnələşdirir.
***
1956-cı ildə Rauf Kazımovski onu yeni yaranan televiziyaya işə dəvət edir. Burada hazırladığı layihələr, verilişlər sayəsində az vaxtda tanınır. 1959-cu ildə televiziyanın baş rejissoru təyin olunur. Həmin müddətdə Moskvaya ezam olunur. Mərkəzi televiziyada ustad televiziya rejissoru kimi özünü necə tanıdırsa, geriyə "Rejissor pultunun Paqaninisi" tituluyla qayıdır.
Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTO1958-cı ildə anası Sürəyya xanım vəfat edir. Ondan iki il qabaq da atası Hacıağanı itirmişdi. Onlarla birlikdə doğma İçərişəhərdə yaşadığı günlər də bitir. Ata-anasından sonra qardaşları ilə yola gedə bilmir. İçərişəhərdəki evlərindən getməkdən başqa çarəsi qalmır. On beş il Bakının ayrı-ayrı yerlərində kirayədə yaşamalı olur. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verirlər.
***
Karyerası uğurlu olsa da, rejissor heç zaman ailə qurmur. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də çox idi. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə Nəcibə Məlikovayla evliliyinin astanasından döndü. Çünki Arif Babayevin dəli kimi sevdiyi bir qadın var idi. Televiziyada redaktor kimi çalışan yəhudi əsilli Nina adlı qadını sevib. Nina Yarova ilə televiziyada eyni redaksiyada çalışırdı. Nina redaktor, Arif isə rejissor idi. Sevgisi qarşılıqsız deyildi. Nina onu sevirdi. Ancaq ailəli idi. Tez-tez onların evinə gedirdi Arif Babayev. Ninanın həyat yoldaşını, övladlarını tanıyırdı. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşanır və başqasıyla evlənir. Arif Babayev Ninanın ikinci həyat yoldaşına: "Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır", - deyir.
Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTOQardaşı rejissor Vasif Babayev müsahibələrində onu belə xatırlayır: "Arif xasiyyətcə çox sadə adam idi. Çəkiliş zamanı fəhlələrə kömək edirdi. Deyirdi ki, nə olar, onlar da yorulurlar. Fasilədə də daha çox fəhlələrlə ünsiyyətdə olurdu. Ailədə böyük övlad, işində sayılıb-seçilən rejissor olduğu üçün ətrafındakıları ona hörmətlə yanaşmağa məcbur etmək xasiyyəti yox idi. Çox vaxt gecələr yatmırdı. Bir dəfə şəhəri gəzə-gəzə bizə gəlib çıxdı. Çarpayını ona verib özüm yerdə yatmaq istədim. Qoymadı. Dedim, elə iş olar, mən çarpayıda, sən yerdə? Dedi, niyə olmur, sən yerində rahat yat, mən yerdə yatmağı xoşlayıram. Öz evində də belə edirdi. Xasiyyətindəki həlimlik onu fərqləndirirdi. Hətta demək olar ki, Arif fağır adam idi. Konflikt yaratmaqla, haqlı olduğunu səs-küylə sübut etməklə heç arası yox idi. Mənzili əsl subay kişinin mənzili olsa da, paltarları həmişə səliqədə olardı. Əyin-başına, görünüşünün doğurduğu təəssürata çox diqqətli idi. Həmişə ən son dəbə uyğun geyinər, təmiz-tarıq görkəmdə olardı".
***
Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri var idi. Anarın "Gürcü familiyası" hekayəsi əsasında çəkdiyi "Gün keçdi" filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Bəlkə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb.
Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTODeyilənə görə bu filmdə kadrlar həddindən artıq çox olduğu üçün rejissorla kinostudiyanın direktoru Adil İsgəndərov arasında narazılıq yaranır. Buna görə də Moskvadan montajçılar çağırılır.
***
Bədxərc idi. Qazandığı pulları ən çox da geyim-keciminə xərcləyirdi. Son dəblə geyinirdi. Sovet dövründə xaricdən çətinliklə gətirilən paltarları alverçilərdən baha qiymətə alırdı. "Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək ölüm sənə yaxınlaşıb", - deyirdi.
Küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü… - Azərbaycanlı rejissorun həyat HEKAYƏTİ+FOTOŞəkər xəstəliyi amanını kəssə də, yenə nifrət etdiyi xəstəxanalara üz tutmur, səhhətinə fikir vermir, pəhriz yeməkləri yemirdi. Xəstəxanaya getmək məcburiyyətində qalanda isə onun həm də vərəmə yoluxduğu məlum olur.
***
1981-ci ildə rejissorun səhhətində dəyişikliklər başlanır. 54 yaşlı rejissor 26 avqust 1983-cü ildə şəkər xəstəliyindən vəfat edir. /oxu.az

Maraqlı       Tarix: 27 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun