Laçın dəhlizi bizim nəzarətimiz altındadır, istənilən maşını saxlaya bilərik
"Dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, əlbəttə, bu, Azərbaycan tərəfini qıcıqlandırır: "Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, "görməmişik, bilməmişik" demək, qeyri-ciddidir".

Saatına 1 000 manat alan psixoloqlar: Bu qiymətləri kim və necə təyin edir?
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan
Azərbaycan nefti ucuzlaşdı
Yarımfinal oyunları nə vaxt olacaq?
Çimərlikdə boğulan Rəşadın fotosu
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
"Hakim İngiltərə millisini xilas etdi" - Erlinq Holandın atası
DÇ tarixində ilkə imza atdı
Bakıda PARTLAYIŞ oldu - Yaralılar var
11 yaşlı uşaq çaya düşdü
Bakıda qonşu mübahisəsi qətllə nəticələndi