Laçın dəhlizi üzrə hansı müzakirələr gedir? - ŞƏRH

Laçın dəhlizi üzrə hansı müzakirələr gedir? - ŞƏRHTürkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, "Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq". Söhbət hansı müzakirələrdən gedir? Bakı və Ankara Zəngəzur dəhlizinin "dəhliz" məntiqi ilə açılmasında maraqlıdır, lakin İrəvanın bundan imtina etməsi prosesi Brüssel masasına qədər daşıdı. Avropada əldə olunan razılaşma Zəngəzurda "dəhliz" prinsipini arxa plana keçirdi, tərəflər dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı anlaşdılar. Bu razılaşmanın praktiki mərhələdə işləyəcəyi hələ də sual altında olsa da, mövcud vəziyyət dəhlizlər məsələsinə yenidən baxmağı vadar edir:
– Əliyev elə Brüsseldə "dəhlizə dəhliz" məntiqini irəli sürdü və Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacağını bəyan etdi: bu gediş Laçında nəzarəti əldən vermək istəməyən və Zəngəzur yoluna da nəzarət etmək istəyən Moskvanı dilemma qarşısında qoyur;
– Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko kommunikasiyanın açılması üzrə vahid sənədlər paketi üzərində yenidən işlənildiyini açıqladı: bu o deməkdir ki, 10 noyabr bəyanatının 9-cu bəndinə və 11 yanvar razılaşmasına yenidən baxılır və mümkündür ki, Brüssel razılaşmasına uyğunlaşdırılır;
– Moskva tərəflərin mövcud istəklərini nəzərə almaqla yanaşı, hər iki dəhlizdə hansısa formada mövcudluğunu saxlamağa da çalışacaq; Hərçənd, İrəvanın Zəngəzurda "dəhliz" məntiqindən imtinası, Bakının Laçın dəhlizi ilə bağlı şərti Moskvanı tərəflərə müəyyən güzəştə getməyə də məcbur edir: hər iki tərəfin istəyində israrlı olması üçün alternativləri də var
– Ermənistan üçün Avropa İttifaqı, Azərbaycan üçün Türkiyə; Və Rudenkonun açıqlaması Moskvanın öz təsirini saxlamaq şərti ilə ortaq məxrəci tapmağa çalışdığından, Akarın açıqlaması Türkiyənin də prosesdə aktiv iştirakçı olduğundan xəbər verir. Birincisi, Bakı və Ankara Zəngəzur yolunun "dəhliz" məntiqi ilə açılmasını istəyir: indi top Moskvadadır, ruslar İrəvanı razı sala bilməyəcəyi təqdirdə, Laçın dəhlizində postun qurulması əsas şərtdir; İkincisi, Rusiya postun qurulmasına qarşı çıxacaqsa, Laçın dəhlizində türk hərbçilərinin də ən azı zabit heyəti ilə təmsil olunması şərt olaraq masadadır: Ankaranın Monitorinq Mərkəzini, xüsusilə türk zabitlərini aktivləşdirmək istəyi də bu ehtimalı önə çıxarır; Mümkündür ki, müzakirələrdə bu iki istiqamət Bakı və Moskv üçün əsasdır. Və Laçın dəhlizinə nəzarətin ən azı Rusiya və Türkiyə arasında bölüşdürülməsi perspektivi var.
Asif Nərimanlı /konkret.az

Siyasi       Tarix: 04 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam.az xeberler cəbhədən son xeber ən son xeberler xeber