Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi

Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildiQadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İşğaldan azad edilmiş ərazilərdə analarla iş" layihəsi çərçivəsində Laçın, Zəngilan və Cəbrayıl rayonlarında nəzərdə tutulan təlimlər keçirilməyə başlayıb. 
azxeber.com xəbər verir ki, layihənin əsas məqsədi post-münaqişə dövründə bölgədə yaşayan anaların psixoloji dayanıqlığını artırmaq, ailə və icma içində onların rolunu gücləndirmək və məktəbəqədər yaşlı uşaqların inkişafında anaların iştirakını stimullaşdırmaq olub.
İlk iki təlim 12 iyul tarixində Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilib. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədainin verdiyi məlumata görə, təlimdə Laçına yeni köç edən analar və onların övladları iştirak edib. Təlim çərçivəsində valideynlərə aşağıdakı istiqamətlər üzrə praktik bilik və bacarıqlar təqdim edilib:
* Məktəbəqədər yaşlı uşaqların inkişafında ana rolunun gücləndirilməsi;
* Post-münaqişə dövründə psixoloji dayanıqlıq və emosional dəstək;
* Analar üçün stressin idarə olunması və psixoloji sağlamlığın qorunması;
* Sağlam ailə mühitinin yaradılması: milli dəyərlər və mənəvi inkişaf;
* Ailə və icma əlaqələrinin gücləndirilməsi;
* Məktəbəqədər təhsil modellərinin inkişafı və onların icmalarda tətbiqi.
Keçirilən təlimdə qadınlar həm nəzəri bilgilərlə tanış olub, həm də interaktiv məşğələlər vasitəsilə öz təcrübələrini bölüşərək bir-birlərindən öyrənmək imkanı qazanıblar.
Məktəbəqədər yaşlı və məktəbli uşaqlar üçün təşkil edilən hərəkətli oyunun əsas xüsusiyyətləri isə məkan və hərəkət azadlığı verib, uşağın enerjisini müsbət şəkildə yönləndirib. Keçirilən sessiya uşaqların, həmçinin, sosial və emosional bacarıqlarını inkişaf etdirərək, əməkdaşlıq, nizam-intizam qaydalarına əməl etməyi öyrədib. Rəsm terapiya isə uşaqlarda şüuraltını, qorxu və travmalarını rahatlıqla ifadə etməyə və ailədaxili konfliktlərin həllinə kömək edib. 
Təlim proqramınını peşəkar təlimçi heyəti -  psixoloq Sevda Alışova-Bəşirli, art terapevt Nərmin Şahverdiyeva, metodist Vüsalə Mustafayeva və pedaqoq Gülmira Ələsgərova-Cəfərova həyata keçirib. 
Təlim iştirakçıları bu cür təşəbbüslərin onların həm fərdi rifahına, həm də övladlarının sağlam inkişafına böyük töhfə verdiyini qeyd edib. Layihə regionda sosial-psixoloji bərpa və maariflənmə proseslərinə mühüm dəstək kimi dəyərləndirilib.
Qeyd edək ki, silsilə tədbirlər Zəngilan və Cəbrayıl şəhərində eyni qaydada davam etdirilib.
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildiLaçına köç edən analar və onların övladları üçün təlimlər keçirildiLaçına köç edən analar və onların övladları üçün təlimlər keçirildiLaçına köç edən analar və onların övladları üçün təlimlər keçirildiLaçına köç edən analar və onların övladları üçün təlimlər keçirildiLaçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi

Sosial       Tarix: 16 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Bu gün üçün avronun məzənnəsi 1,945

Yol polisindən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi iyulun 25-29-da ölkə ərazisində gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməy

Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama

İstirahət mərkəzləri, hotellər və ya turizm xidmətləri üçün bazar qiymətindən xeyli aşağı məbləğ təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş alınması, lakin sonradan xidmətin göstərilməməsi və ya ümumiyyətlə belə təklifi

Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar

Son illər Azərbaycanda ailə institutunda müşahidə olunan dəyişikliklər boşanma statistikasında da öz əksini tapır. . Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb

"Anamsız bizə çətindir" - "Arzum"un qızı

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyevanın anası və övladları video yayıb. İ.Hacıyevanın anası videoda qızı üçün yardım istəyərə

Rüfət Əhmədzadə vəfat etdi

Jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə vəfat edib. xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı tanınmış jurnalist Rəbiyyə Zərdabi paylaşıb. . Qeyd edək ki, Rüfət Əhmədzadə uzun illər jurnalistika və ədəbi yaradıcılı

Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznes Məktəbində MBA proqramı üzrə təhsil almağın bir sıra üstünlükləri var. Bizim.Media xəbər verir ki, sözügedən MBA proqramı gələcəyin rəhbərləri, sahibkarları və qərarvericilər

Şəhid övladları üçün "Zəfər" Amerika Yay Düşərgəsi keçirilir - FOTOLAR

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasını

Azərbaycanda kimlər əsgərliyə çağırılmır?

Azərbaycanda qanunla aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 22.1-c


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri hava proqnozu cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan