Laçındakı meşə yanğını söndürüldü
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.
FHN Mətbuat xidmətindən azxeber.com-a verilən məlumata görə, hazırda yanğın tam söndürülüb.
"Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub. DİN və FHN-in birgə yaydığı məlumatda bildirilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
SENSASİYA: Trampla Netanyahu arasındakı "qara pişiyin" kimliyi BƏLLİ OLDU
"Ermənistan artıq hüquqi dövlət deyil" – Qarnik Danielyan
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Qvardiola bu ölkəyə "yox" dedi
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Gəncədə iki bacını avtomobil vurdu
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Rusiyalı qapıçı matç zamanı öldü