Laçından GÜC NÜMAYİŞİ: "Üç Qardaş" dünyaya hansı MESAJLARI verdi?

Laçından GÜC NÜMAYİŞİ: Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşünün nəticələrini bir neçə aspektdə qiymətləndirmək mümkündür.
KONKRET.azxəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə vahid mövqe nümayiş etdirərək Şərqi Zəngəzurda birliyini göstərib. Eyni zamanda, bu birlik mesajı Laçından Cənubi Asiya regionuna da yönəldilib: "Hindistanın Pakistana hücumuna toxunan həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəsin əldə edilməsini, eləcə də münaqişənin (Kəşmir) sülh yolu və BMT-nin qətnamələrinə uyğun həllini dəstəkləyiblər. Hər iki lider birbaşa Hindistanı hədəfə almasalar da, BMT qətnamələri və həmrəylik mesajı ilə Pakistana dəstəklərini bir daha ifadə ediblər."
Nərimanlının sözlərinə görə, Hindistanın hücumundan sonra cəbhəsini gücləndirmək məqsədilə regional turneyə çıxan Şərif Yeni Dehliyə həm İstanbuldan, həm də Laçından "əzələ nümayişi" göstərib.
"Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində "Üç Qardaş Alyansı"nın qurulduğunu təsdiqləyib. Bu alyans siyasi, iqtisadi və digər sahələrdə strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gələn (əsasən qeyri-rəsmi formada) üçtərəfli hərbi ittifaq perspektivlərinin artdığını göstərir." , – deyə siyasi şərhçi əlavə edib.
Asif Nərimanlı əlavə olaraq bildirib ki, Türkiyə-Azərbaycan-Pakistan strateji əlaqələri formalaşmaqda olan çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı və həlledici "Orta güc" kimi qiymətləndirilir. Laçın Zirvəsində bu gücün perspektivləri daha da möhkəmləndirilib. Laçın Zirvəsi Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji əlaqələrin möhkəmlənməsində mühüm mərhələdir. Onun sözlərinə görə, "Üç Qardaş Alyansı" Cənubi Qafqaz və daha geniş regional kontekstdə güclü tarazlaşdırıcı və həlledici gücə çevrilir, bu da həm siyasi, həm də iqtisadi sahələrdə yeni imkanlar yaradır.
Natir Səlim,
KONKRET.az

Siyasi       Tarix: 29 may 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

"Gəncəsər və Xudavəng kimi abidələr...' - Deputat

"Tarixi saxtalaşdırmağın ən təhlükəli forması tarixi yenidən yazmaq deyil, onun daş yaddaşına müdaxilə etməkdir. Qarabağdakı xristian dini-mədəni irsi ətrafında illər boyu aparılan mübahisələr də göstərir ki, məsəl

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

Senator: "ABŞ sanksiyaları qlobal dedollarizasiyanı sürətləndirib"

ABŞ və müttəfiqlərinin sanksiyaları qlobal dedollarizasiya prosesini sürətləndirib. KONKRET.azxəbər verir ki, bu barədə Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsi sədrinin birinci müavini Aleksandr Şenderyuk-Jidko

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az cəbhədən video maşın realiti şou ensonxeberler