Laçının tanınmış şəxsləri - SİYAHI

Laçının tanınmış şəxsləri - SİYAHILaçının tanınmış şəxsləri - SİYAHI
Xəbər verildiyi kimi, bu gün Ermənistan işğal etdiyi Laçın rayonunu Azərbaycana təhvil verib. 
Təbiəti, gözəlliyi ilə dillər əzbəri olan Laçın bir çox qəhrəmanların, tarixi şəxsiyyətlərin doğulduğu rayondur. 
Ələsgər Xanlar oğlu Novruzov - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
Mənfur erməni silahlılarına qarşı döyüşlərdə uğurla iştirak edən Ə. Novruzov 42 yaşında Xocalıda elə erməni separatçıları tərəfindən işgəncələr verilərək qətlə yetirilib. 
Mehdiyev Fazil Umud oğlu - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdıb. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil verib. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum etdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsən zaman yolda pusqu quran ermənilər onları atəşə tutublar və Fazil bu döyüşdə faciəli surətdə həlak olub.
İsrafil Şahverdi oğlu Şahverdiyev - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qaladərəsi kəndinin azad edilməsi üçün plan hazırlanıb. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkiliblər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak edib və onlarla erməni silahlısını məhv edib.
6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçib və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Nəsibov Kamil Balədə oğlu - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaradıb və özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərib.
1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanıb, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də, cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməyib və nəticədə çoxlu qan itirmədən həlak olub.
Oqtay Güləli oğlu Güləliyev - Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Laçın polisində işlədiyi vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib, uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub. Daha sonra Pircahan kəndi yaxınlığında ağır yaralanıb, lakin müalicə olunaraq cəbhəyə qayıdıb. Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb, lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü olub. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olub.
Qorxmaz Eyvazov Abış oğlu - polis starşinası, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulub. 1991-ci ildə o, Laçın rayon polis şöbəsinə qəbul edilib. Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdundan - Güləbird, Qazdərəsi, Suarası, Mazutlu kəndələrindən başlayıb. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib.
4 avqust 1992-ci ildə erməni quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçiblər və Qorxmaz qolundan güllə yarası alıb. O, qolunun fəaliyyətinin itirilməsinə baxmayaraq, bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılıb. Füzuli rayonu ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərib. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin ediblər və Daxi İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb.
10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə o, düşmənin xeyli canlı qüvvəsini məhv edib, lakin bu döyüşdə özü də həlak olub.
Onlardan başqa Laçın Türkiyə Cümhuriyyətinin Ordu generalı Firudin bəy Daryalının, Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyevin, XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri, filologiya elmləri namizədi Hüseyn Kürdoğlunun,  Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarovun, XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi, Qarabağın Hacısamlı nahiyəsinin bəyi Qara Murtuza bəyin, Sarı Aşığın, xalq qəhrəmanı Sultan bəy Sultanovun,  Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri Xosrov bəy Sultanovun, Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımovun doğulduğu torpaqdır.  /oxu.az

Sosial       Tarix: 01 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat ən son xəbər