Laçınla Kəlbəcərə 17 maşın mina basdırdıq': düşmən etiraf etdi - VİDEO
"Bəli, o əraziləri minalamışıq. Yaxşı da etmişik. Laçın və Kəlbəcər rayonlarına 17 yük maşını mina basdırmışıq. Piyada əleyhinə minalar, tank əleyhinə minalar".
Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan İrəvandakı "Noyan Tapan" agentliyinə verdiyi müsahibəsində belə deyib.
Azxeber.com Milli.az-a istinadən bildirir ki, iyunun 4-də ermənilər tərəfindən Kəlbəcər rayonundakı Susuzluq kəndinin yaxınlığında yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində azərbaycanlı jurnalistlər - AzərTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov şəhid olublar.
Bu baxımdan Koryun Qumaşyanın sensasion açıqlaması əslində Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin Azərbaycanı işğaldan azad edilmiş ərazilərində terrorizm və diversiyalarla məşğul olmalarının etirafıdır.
Koryun Qumaşyan "Noyan Tapan"ın studiyasında əsla çəkinmədən hərbi cinayətlərini etiraf edir:
"Laçınla Kəlbəcərə tam 17 yük maşını mina basdırmışıq. Bu minalar səbəbindən orada kimsə nə isə edə bilməz. İşimizi görmüşük, özü də yaxşı görmüşük. Azərbaycan əsirlərimizi qaytarsın, mən də minaladığım ərazilərin xəritələrini verim".
Polkovnik K.Qumaşyanın açıqlaması Ermənistanın mahiyyətini bir daha sübut edir. Azərbaycan ordusunun antiterror əməliyyatları qarşısında duruş gətirə bilməyən düşmən terror və diversiya taktikasını seçib. Belə əməllər isə hərbi cinayətlər kimi yox, aşkar terrorçuluq kimi dəyərləndirilir.
Beynəlxalq təşkilatlar Ermənistanın bu azğın, terrorçu fəaliyyətini sonucda görməli, törədilənlərə müvafiq qiymət verməlidir.

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir