Lavrov: 'Azərbaycanlı və erməni məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə qayıtmalıdır
Rusiya xarici işlər naziri Sergey Lavrovla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer arasındakı telefon söhbəti zamanı Qarabağdakı humanitar vəziyyətə dair müzakirə aparılıb.
Bu barədə Rusiya XİN-in saytında bildirilir.
Rusiyalı nazir deyib ki, azərbaycanlı və erməni məcburi köçkünlər beynəlxalq humanitar hüququn müddəalarına tam uyğun şəkildə könüllü və təhlükəsiz şəkildə öz ev-eşiklərinə qayıtmalıdırlar: "Əlbəttə, əvvəlki yaşayış yerlərində məskunlaşmaqda, xüsusilə də həmin yerlərdə hərbi əməliyyatlar gedibsə və orada bərpa işlərinə ehtiyac varsa, müvafiq yardımlar göstərilməlidir. Bu gün bu barədə söhbətimiz oldu. Beynəlxalq təşkilatlar bu məsələyə töhfə verə bilər".
Bütün tərəflərlə təmasda olduqlarını söyləyən BQXK rəhbəri maksimum dərəcədə səmərəli əməkdaşlıq qurulacağına ümidvar olduğunu söyləyib.
///Report

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı