Lavrov: "Putin–Zelenski görüşü Trampın fantaziyasıdır" – Kreml sülh planını rədd etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Putin–Zelenski görüşünü mümkünsüz adlandırıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Lavrov bildirib ki, avqustun sonunadək belə bir sammitin keçirilməsi ehtimalı sıfırdır, gələcəkdə də şanslar ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Onun sözlərinə görə, "bu sammit Trampın fantaziyasından başqa bir şey deyil. O, ya Putinin mövqeyini səhv anlayıb, ya da aldadılıb".
Rusiya XİN rəhbəri əlavə edib ki, Putinlə Zelenskinin görüşü yalnız danışıqların yekun mərhələsində, bütün əsas məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks halda bu cür sammit təşkil etmək məntiqsizdir.
Xatırladaq ki, Tramp və müşavirləri dəfələrlə yaxın günlərdə Putin və Zelenskinin görüşünün keçirilə biləcəyini bəyan etmiş, hətta ev sahibi ölkə kimi İsveçrə və ya Macarıstanın nəzərdən keçirildiyi vurğulanmışdı.
Lavrovun açıqlaması indiyədək aparılan hazırlıqların və gözləntilərin üzərindən xətt çəkərək, Trampın təşəbbüsünə açıq-aşkar zərbə vurub. Musavat.com -a görə bu bəyanat həm ABŞ prezidentinə ünvanlanmış aşağılayıcı mesajdır, həm də sülh danışıqları ilə bağlı illüziyaların dağıdılmasıdır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var