Lavrov: "Taliblər Əfqanıstanın bütün ərazilərinə nəzarət etmir
"Rusiya tərəfi Əfqanıstanda ümummilli dialoqun tərəfdarıdır və taliblərin ölkənin siyasi qüvvələri ilə dialoqa hazır olmaları barədə bəyanatını alqışlayır".
Kp.ru xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O qeyd edib ki, Rusiya Federasiyası Əfqanıstan ərazisində milli dialoqun davam etdirilməsi üçün ən böyük perspektivə malik olan Moskva formatında işini bərpa etməyə hazırdır.
Rusiyalı nazir Talibanın Əfqanıstanın bütün ərazisinə hələ nəzarət etməməsinə diqqət çəkib:
"Taliblər hələ ki, Əfqanıstanın bütün ərazilərinə nəzarət etmir. Pəncşir dərəsindəki vəziyyətlə bağlı xəbərlər gəlir. Ancaq bu, mövqeyimizi daha da tutarlı edir. Bütün Əfqanıstanı vətəndaş müharibəsi bürüyəndə biz tərəfləri dialoqa çağırdıq. Taliblər Kabildə hakimiyyəti ələ keçirdikdən sonra da, biz eyni dialoqun tərəfdarıyıq – nümayəndəli demokratiya. Məhz bu, ölkə vətəndaşlarının maraqlarını təmsil edəcək".
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı