Lavrovun sülhlə bağlı açıqlamasının məqsədi nədir?
Xəbər verildiyi kimi, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, rəsmi Moskva Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağa sövq etmir. Nazir vurğulayıb ki, tərəflərin sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişini alqışlayırıq. Lavrov deyib ki, Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik.
Bəzi siyasi analtiklər qeyd edirlər ki, XİN rəhbərinin bu açıqlaması rəsmi Moskvanın qısa müddətdə sülh istəməməsinin təzahürüdür.
Görəsən, sözügedən açıqlamanın əsl mahiyyəti nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli Rusiyanın Cənubi Qafqazdakı prosesləri koordinasiya etmək və nəzarətində saxlamaq istəyindən yaranmış baxışı olduğunu deyib:
"Burada əsas məsələ Qərbin Azərbaycan və Ermənistana təzyiqi fonundakı detallarla bağlıdır. Həm Vaşinqton, həm Brüssel, həm də digər paytaxtlar Rusiyasız sülh müqaviləsinin əldə olunmasını istəyir. ABŞ dövlət başçısı Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda da bunu müşahidə elədik. Amma Azərbaycanın da müəyyən yanaşması var. Proseslərin tam yetişməsinə diqqət yetirməliyik. Əgər bu baş veribsə, onda Bakıda təntənəli şəkildə sülh müqaviləsini imzalamaq olar. Amma məlum olduğu kimi, rəsmi Bakının sülh üçün əsas tələbləri var. Azərbaycanla Rusiyanın baxışı fərqlidir. Lakin ən önəmli olan bizim mövqeyimizdir. Ölkəmizin mövqeyinin tam təsdiq olunması, Rusiya üçün də bölgədə dividend yaradır. Ona görə də rəsmi Moskva tələsik sülhdə maraqlı deyil".
Məlik Məlikov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır