Lənkəran və Cəlilabadda "KOB Dostu" fəaliyyətə başlayıb - FOTO

Lənkəran və Cəlilabadda "KOB Dostu" fəaliyyətə başlayıb - FOTOLənkəranda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayıb.
Milli.Az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın, yerli icra hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), "RabitəBank" ASC-nin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə "KOB Dostu" mexanizmi, bu dəstəyin sahibkarlar üçün faydası, eləcə də AKİA-nın "Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi layihəsi" barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ötən 2 il ərzində KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər və "KOB Dostu"nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər, Lənkəran Şeher İcra Hakimiyyəti başçısının müavini Xalid Rehimov isə Lenkeranın sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fealiyyeti barədə məlumat verib, "KOB Dostu"nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olduğu vurğulanıb.
Tədbirdə həmçinin, "KOB Dostu" mexanizminə dair təqdim keçirilib, AKİA-nın "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi"nin agent bankı olan "RabitəBank"ın nümayəndəsi tərəfindən layihə və bankın KOB-lar üçün digər xidmətləri barədə məlumat verilib.
Sonra tədbir iştirakçıları Lənkəranda Heydər Əliyev Mərkəzində yerləşən "KOB Dostu"nun ofisi ilə tanış olublar.
Həmin gün həmçinin, Cəlilabad rayonunda da "KOB Dostu" fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB dostlarının sayı 20-yə çatıb.
Regionda sahibkarlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinə KOBİA terefinden göstərilən dəstək tədbirləri, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonda sahibkarlığın inkişafı barədə məlumat verib, sahibkarları "KOB Dostu" ilə fəal əməkdaşlığa dəvət ediblər.
"KOB Dostu" Cəlilabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək və burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində müvafiq xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Digər "KOB Dostu" ofislərində olduğu kimi, Lənkəran və Cəlilabad rayonlarında da KOB dostları ilə birgə "KOB könüllüləri" də fəaliyyət göstərəcəkdir.
Tədbirler çerçivesinde sahibkarların problemlerinin ve tekliflerinin öyrenilmesi üçün sorğu da keçirilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 06 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler