Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapıldı
Lənkəranda yol kənarında yeni doğulmuş körpə tapıldı
Lənkəran rayonun Liman şəhərində yol kənarında yeni doğulmuş körpə aşkar edilib.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, körpəni 1972-ci il təvəllüdlü Camal Mustafa oğlu Kazımov tapıb.
Belə ki, Camal Kazımov heyvanları örüşə apardıqdan sonra evə qayıdarkən şəhərin M.Ə.Sabir küçəsində dəmir yol xəttinin yaxınlığındakı yaşayış olmayan həyətin qarşısında bağlama görüb.
Evdə yaşayış olmadığını bildiyi üçün qapı ağzına qoyulan kağız qutu onun diqqətini çəkib. Qutunu açanda içərisində qalın örtüyə bürünərək yatan körpənin olduğunu görüb.
Körpəni evə gətirib yuduqdan sonra Daxili İşlər Nazirliyinin "102" zəng xidmətinə məlumat verib. Bundan sonra, körpə polis əməkdaşlarının iştirakı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.
Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Həkimin sözlərinə görə, körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır.
Xəstəxanaya daxil olanda temperaturu aşağı olub, bu səbəbdən də küvetə yerləşdirilib. Hazırda temperaturu normallaşıb, qida verilib.
Qeyd olunub ki, hazırda körpənin səhhəti həkimlərin tam nəzarətdədir. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib. Gün ərzində zəruri müayinələrin aparılacağı bildirilir.
Faktla bağlı araşdırma aparılır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb