Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı
"Unibank"ın mobil bankçılıq xidməti Leobank tərəfindən uşaqlar üçün təqdim edilən Leo Uşaq Kartının istifadəçilərinin sayı 20 000-ə çatıb. Bu göstərici uşaqların maliyyə vərdişlərinin formalaşdırılmasına və valideynlərə gündəlik xərcləri idarə etməyə imkan verən həllərə marağın artdığını göstərir.
7-18 yaş arası uşaqlar üçün nəzərdə tutulan kart, uşaqlara öz pullarını idarə etməyi öyrənmək, valideynlərə isə xərclərə nəzarət etmək, limitlər təyin etmək və əməliyyatlar barədə real vaxt rejimində məlumat almaq imkanı yaradır. Beləliklə, uşaqlar maliyyə müstəqilliyinə ilk addımlarını atarkən, valideynlər də nəzarəti əllərində saxlayırlar.
İyun ayında keçirilən lotereya isə istifadəçilər üçün ilin ən yaddaqalan hadisələrindən biri olub. Kart sahiblərindən biri ailəsi ilə birlikdə Disneyland Paris Hotel-ə üçnəfərlik səyahətin qalibi olub. Hədiyyə paketinə Parisə gediş-dönüş aviabiletləri, 5★ Disneyland Paris Hotel-də 3 gecə, 4 gün qalmaq, Disneyland Paris-ə giriş biletləri və viza dəstəyi daxil edilib.
Öyrədən və qoruyan kart
Məhsul uşağın gündəlik istifadə edə biləcəyi tam hüquqlu bank kartı olmaqla yanaşı, valideynlər üçün geniş nəzarət imkanları təqdim edir. Kartın verilməsi və çatdırılması pulsuzdur və valideynlərdən biri özünün və uşağın şəxsiyyət vəsiqəsini təqdim etməklə, onu əldə edə bilər.
Uşaqlar üçün imkanlar:
Şəxsi kart və istifadəsi rahat Leobank tətbiqi;
Seçilmiş kateqoriyalarda 20%-dək keşbek;
Xəyallar üçün pul toplamağa imkan verən və illik 6% gəlir təqdim edən Xəzinə;
Aktivliyə görə mükafatlar və kart dizaynını dəyişmək imkanı;
Xərcləri izləməyə və büdcəni planlaşdırmağa kömək edən xərc analitikası.
Valideynlər üçün imkanlar:
Limitlərin təyin edilməsi, alış kateqoriyalarının bloklanması və nağdlaşdırmanın qadağan edilməsi;
Hər bir əməliyyat barədə bildirişlər və real vaxt rejimində çıxarışa giriş;
Pulsuz qeydiyyat, çatdırılma və kart balansının artırılması.
Kartı necə əldə etmək olar?
Leobank haqqında / azxeber.com
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test