Leş ət satışına görə məhkum olunan həkimə bəraət verildi

Leş ət satışına görə məhkum olunan həkimə bəraət verildiBakı Apellyasiya Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 5 saylı qida nəzarət məntəqəsinin keçmiş həkimi Xaspolad Mirimov və Əllcan Quliyevin şikayətinə baxılıb.
Vəkil Hafiz Ələsgərovun verdiyi məlumata görə, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, hər iki şəxsə bəraət verilib.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində leş ət aşkarlanıb. Mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan, ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2 449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəklərinin satışı dayandırılıb.
Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkar edilib.
Başlanan cinayət işinin istintaqı zamanı məlum olub ki, Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar heyvan ətlərini ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil ediblər.
Çoxsaylı istehlakçılara qarşı dələduzluğa cəhd etmələrinə görə, onlara Cinayət Məcəlləsinin 29,178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29,200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmağa cəhd), 29, 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmağa cəhd) və 308.1-ci (mühüm zərərvurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Bundan başqa, aparılan istintaqla bazara keyfiyyətsiz ət tədarük etmiş digər şəxslərə də müvafiq ittihamlar verilib.
Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmünə əsasən, təqsirləndirlən şəxslərin hər biri 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxslərdən Mirimov Xaspolad Osman oğlu və Quliyev Əlican Ərəstun oğlu hökmdən apellyasiya şikayəti versə də, təmin edilməyib. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarıb. Report /open.az

Hadisə       Tarix: 06 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat xeberleri azerbaycan son xeber bugun hava durumu qurban bayrami 2026