Leyla Abdullayevanın müsahibəsi Perunun nüfuzlu media qurumunda
Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə müsahibəsi əsasında məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a verilən məlumata görə, yazıda L.Abdullayevaya istinadən Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa böyük önəm verdiyi, bu xüsusda Meksika, Braziliya, Argentina, Kuba, Kolumbiya və regionun digər ölkələrində diplomatik missiyalarının fəaliyyət göstərdiyi, eləcə də ölkəmizin Sakit Okean Alyansı təşkilatında müşahidəçi statusu əldə etdiyi qeyd olunur.
Digər yandan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Bandunq prinsiplərinin təşviqi, təşkilatın nüfuzunun gücləndirilməsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsini hədəflədiyi, bu xüsusda Azərbaycanın təşkilatın sədri qismində BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasını çağırdığı bildirilir və Azərbaycanın QH-nin çəkisinin artırılmasına verdiyi töhfələrə görə üzv ölkələr tərəfindən təşkilata sədrliyinin yekdilliklə bir il də uzadıldığı vurğulanır.
Sonra təmsilçimizə istinadən Azərbaycanın ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərinin, o cümlədən erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, məcburi köçkünlərin geri qaytarılması, kommunikasiya xətlərinin açılması və yenidənqurma işlərinin aparılması üzərində çalışdığı və bu baxımdan, ATƏT-in Minsk Qrupunun da bu məqsədlərə nail olunmasına dəstək göstərməsi gərəkdiyi söylənilir.
Sonda müəllif Azərbaycanın erməni tərəfinin Laçın dəhlizindən istifadəsinə imkan yaratdığı halda Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinə hələ də razılıq vermədiyini qeyd edir.
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı