Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşdü - FOTOLAR
Mayın 21-də Leyla Əliyeva Esvatini Kralı Əlahəzrət III Msvatini ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə Esvatini Şahzadəsi Lindani Dlamini və bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, senator Folile Şakantu da iştirak ediblər.
Ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayan Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkil edildiyini deyərək, bununla bağlı təbriklərini çatdırdı.
Leyla Əliyeva təbriklərə və xoş sözlərə minnətdarlığını bildirdi, öz növbəsində WUF13-ün dünyanın müxtəlif ölkələri arasında şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq üçün uğurlu platforma olduğunu dedi.
Görüşdə Azərbaycan-Esvatini ikitərəfli əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğu bildirildi, Heydər Əliyev Fondu ilə bu ölkə arasında mümkün əməkdaşlığın perspektivləri müzakirə olundu.



Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK