Leyla və Arzu Əliyevalar Ər-Riyadda Forumda - YENİLƏNDİ

Leyla və Arzu Əliyevalar Ər-Riyadda Forumda - YENİLƏNDİHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 24-də işinə başlayan 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak ediblər.
KONKRET.az xəbər verir ki, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiənin dəvəti ilə Forumda təmsil olunan Leyla Əliyeva "Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər" adlı paneldə çıxış edərək Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən humanitar layihələr barədə məlumat verib.
Ər-Riyad şəhərində iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanın himayəsi altında, Kral Salman Humanitar Yardım və Qayğı Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda münaqişələr zamanı humanitar diplomatiya, fövqəladə hallarda media və kommunikasiya strategiyası, süni intellektin humanitar yardım fəaliyyətində rolu, beynəlxalq hüquq çərçivəsində humanitar yardım sahəsində mövcud problemlər və gələcək imkanlar müzakirə edilir.
Leyla Əliyeva forumun gündəliyindəki məsələlərin qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın müstəqilliyini yenidən əldə etdikdən sonra aparılan uğurlu siyasət nəticəsində humanitar yardım alan dövlətdən donor dövlətə çevrildiyini bildirib. Heydər Əliyev Fondunun regionun nəhəng qeyri-hökumət təşkilatı kimi 2004-cü ildən genişmiqyaslı humanitar layihələr həyata keçirdiyini qeyd edib.  Fondun bir sıra istiqamətlərdə fəaliyyətini önə çəkən Leyla Əliyeva  təhsil, səhiyyə və sosial sahələr üzrə layihələrin beynəlxalq səviyyəni əhatə etdiyini, bu fəaliyyətin tərəfdaş təşkilatlar və ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Leyla Əliyeva müasir dünyada iqlim dəyişiklikləri kimi böhrana diqqət çəkərək ətraf mühitin və təbiətin qorunması istiqamətində, eləcə də aclığın aradan qaldırılması kimi problemlə üzləşən ölkərə yardım sahəsində güclərin səfərbər olmasının vacibliyini vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın könüllülük fəaliyyəti üzrə uğurlu modelə sahib olduğunu bildirərək mövcud humanitar problemlərin həllində könüllülük proqramlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, fevralın 24-25-də keçirilən forumda bir sıra ölkələrin yüksəksəviyyəli rəsmiləri, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Uşaq Fondu və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, donor təşkilatlar, beynəlxalq ekspertlər və tədqiqatçılar təmsil olunur.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Leyla Əliyeva instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Forum fevralın 24-25 tarixlərində keçirilir.
Leyla və Arzu Əliyevalar Ər-Riyadda Forumda - YENİLƏNDİLeyla və Arzu Əliyevalar Ər-Riyadda Forumda - YENİLƏNDİLeyla və Arzu Əliyevalar Ər-Riyadda Forumda - YENİLƏNDİ

Siyasi       Tarix: 25 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


yeni xeberler azerbaycan xeberleri son xeberler zelzele azerbaycanda son xeberler cəbhədən canlı xeber