Liderlər toplandı: Rusiyaya sərt mesaj verdilər – "Nəticəsi qorxunc olacaq"
NATO baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Bayden və Avropa liderləri videokonfrans vasitəsilə Rusiya-Ukrayna gərginliyini müzakirə edib.
KONKRET.az xəbər verir ki, görüş zamanı Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün çox ağır nəticələri olacağı barədə razılıq əldə olunub.
Diplomatik səylərin davam etdirilməli olduğu vurğulanıb. 1 saat 20 dəqiqə davam edən görüşdən sonra ilk açıqlama Stoltenberqdən gəlib.
Stoltenberq məhsuldar görüş olduğunu deyib. Onun sözlərinə görə, Rusiya daha da irəli getsə, bunun qorxunc nəticələri olacaq.
Ağ Evin bəyanatında isə deyilib ki, artan gərginliyə diplomatik həll yolu tapmaq hamının birgə arzusudur.
Almaniya və Fransanın bəyanatlarında diplomatik səylərin davam etdirilməli olduğu vurğulanıb. Normandiya formatında görüşlərin davam etdirilməsinin vacibliyi bildirilib./teleqraf/

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır