Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək?
"Türkiyə lirəsi son 1 ayda 20.0 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədilə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 6,5 faiz bəndi artıraraq 8,5 %-dən 15 %-ə qaldırsa da, hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir".
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə stabilliyini hədəfləyir:
"İqtisadi amillər ilə yanaşı siyasi faktorlar və eləcə də 50.0 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısa müddətli dövrdə stabilləşməsini əngəlləyir. Türkiyədə yeni kabinetin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da stabilliyinə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısa müddətlidən daha çox uzun müddətli hədəflərə söykənilir. Bütün bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır.
Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımından da vacibdir".
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi