Lukaşenkodan SƏRT SÖZLƏR: "Yalandır!"
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında iştirak üçün 1 milyard dollar ödənilməsinin zəruriliyi barədə yayılan məlumatı "yalan" adlandırıb.
"Bu xəstə insanlar növbəti dəfə özlərini rüsvay etdilər. Sadəcə sənədi oxumaq lazımdır. Heç bir pul tələb olunmur", – deyə Lukaşenko BELTA-ya açıqlamasında bildirib.
KONKRET.az xəbər verir ki, eyni zamanda o vurğulayıb ki, Şurada təsisçi qismində ilk üç il ərzində pulsuz iştirak etmək mümkündür.
"Amma əgər üç ildən sonra da orada qalmaq, səni yenidən seçmələrini, dəvət etmələrini və təyin etmələrini istəyirsənsə – 1 milyard dollar ödəməlisən və bundan sonra daha üç il fəaliyyət göstərə bilərsən. Yəni 1 milyard yalnız üç ildən sonra işləmək istəsən lazımdır", – deyə Lukaşenko qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX