Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması

Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlamasıGələn il Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı açıqlamasında sosial ödənişlərin artırılması ilə bağlı artıq müvafiq göstərişin verildiyini bildirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, dövlət başçısının açıqlaması növbəti sosial paketin gələn ilin əvvəlində reallaşacağı anlamına gəlir.
O bildirib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması mütəmadi xarakter almaqdadır:
"Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur".
Vüqar Bayramov qeyd edib ki, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu artımın 1 milyon 100 min vətəndaşı əhatə edəcəyi gözlənilir.
İqtisadçı bildirib ki, pensiyaların indeksləşdirilməsinin yeni müzakirə olunan dəyişikliklərə əsasən diferensial qaydada həyata keçirilməsi gözlənilir.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər pensiya sistemində sosial ödənişlərə və ödənilən sosial haqlara əsaslanan modelin genişləndirilməsini nəzərdə tutur:
"Hazırda mövcud qaydalara əsasən, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də əsas meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizi olacaq. Amma bununla belə, diferensial yanaşma tətbiq ediləcək".
Vüqar Bayramov 2027-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılacaq vəsaitə də diqqət çəkib. O bildirib ki, sosial sferaya yönəldiləcək vəsaitin həcmi ümumi büdcə xərclərinin 44 faizini təşkil edəcək:
"Bu, 18,5 milyard manatdan çox vəsaitin sosial sahəyə yönəldilməsi deməkdir. Bu, yeni sosial paketin anonsudur".

Sosial       Tarix: 04 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyə

Uzun müddət tək qalanlar diqqətli olsunlar

Sosial təcrid və uzunmüddətli tənhalıq yalnız psixoloji vəziyyətə deyil, beynin fəaliyyəti və sinir sisteminə də təsir göstərə bilər. Türkiyə mediası xəbər verir ki, uzman klinik psixoloq Beste Çokavgilin sözlərinə görə

Qazın qiyməti ucuzlaşdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. KONKRET.azxəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-y

Azərbaycanda bu məhsul bahalaşdı

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 mana

Qızına deyilən nalayiq söz qanlı sonluqla bitdi

Kürəkənini öldürməkdə təqsirləndirilən Firdovsi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub. Hökmə əsasən

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində təmi

Huşunu itirənlər, dava edənlər, kabinə girən sərnişinlər… – Təyyarələrdə yaşanan qeyri-adi hadisələr

Xəbər verdiyimiz kimi, Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsində uçuş zamanı pilotlar arasında insident baş verib. Belə ki, təyyarənin ikinci pilotunun kapitana hücum etdiyi və hava gəmisini

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yen

Azərbaycanda Anım Günüdür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cava


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər 2026 en son xeberleri son xeberler bugun 2026 canli sou xeberler bugun