Maaşından hər ay pul tutulanlara şad xəbər - Bu xidmətlər göstəriləcək
"Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" və "Şəkərli diabet üzrə Dövlət Proqramı" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
azxeber.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Agentlikdən bildirilib.
Qeyd olunub ki, həmin diaqnozların təcili tibbi yardım və təxirəsalınmaz yardım xidmətinin təşkili, ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsi, tibbi göstəriş əsasında instrumental müayinə və laborator analizlər, radioloji xidmətlər və s. həyata keçirilməsi Xidmətlər Zərfi ilə təminata alınıb.
Həmçinin stasionar tibbi xidmət üzrə şəkərli diabet xəstəliyi və onun ağırlaşmalarının da təminata alındığı bildirilib.
Nəzərə çatdırılıb ki, həmin proqramlar çərçivəsində sözügedən xəstəliklərlə bağlı ağırlaşmaların qarşısının alınması, xəstəliklərin profilaktikası sahəsində maarifləndirilmə, vətəndaşların dərman preparatları ilə təminatı və s. xidmətlər təminata alınacaq.
Qeyd edək ki, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" və "Şəkərli diabet üzrə Dövlət Proqramı" fevral ayının sonuna qədər Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR