Macarıstan BCM-dən çıxır
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orbanın aparat rəhbəri Zoltan Kovaks X platformasında paylaşımında qeyd edib.
"Macarıstan Beynəlxalq Cİnayət Məhkəməsini tərk edir. Nazir Qerqeli Qulyas hökumətin BCM-dən çıxmaq qərarı qəbul etdiyini bəyan edib", – Kovaks qeyd edib.
Qeyd edilib ki, Macarıstanın BCM-dən geri çəkilməsi prosesi bu gün başlayacaq və ölkə konstitusiyasına, həmçinin beynəlxalq hüquqi öhdəliklərinə əsasən həyata keçiriləcək.
Macarıstanın Baş nazirinin Dəftərxanasının rəhbəri Gergey Quyaş vurğulayıb ki, müvafiq prosedurlara aprelin 3-dən başlanılması nəzərdə tutulub.
Ölkənin bu qərarı İsrailin Baş naziri Benyamin Netanyahunun Budapeştə səfəri və Macarıstanın hökumət başçısı Viktor Orbanın israilli həmkarının həbs edilməyəcəyi barədə bəyanatı ilə üst-üstə düşüb.
Hələ fevral ayında Macarıstanın xarici işlər naziri Peter Siyarto BCM-i tərk etmək məsələsinin nəzərdən keçirildiyini açıqlayıb. O bildirib ki, qərara səbəb məhkəmənin siyasi alətə çevrilməsidir.
Xatırladaq ki, hazırda Rusiya, ABŞ, Çin, İsrail, Hindistan və İran da daxil olmaqla, bir sıra dövlətlər bu beynəlxalq qurumun işində iştirak etmir.
Hökumətin yekun qərarından sonra Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin tərkibindən ayrılan yeganə Avropa İttifaqı ölkəsi olacaq.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir