Magyar elə Orbanın öz layihəsidir – Dosyeyə baxın

Magyar elə Orbanın öz layihəsidir – Dosyeyə baxınViktor Orbana diktator, avtoritar deyənlər də bir az utansınlar – diktator belə seçki keçirmir, rəqibini həmən təbrik etmir, hə, rəqibini də özü yaratdı, siyasi elita arasında anlaşmaya görə, Peter Magyarı önə çəkdilər ki, ana xətt, konservativ sağ-mərkəz xətti zədələnməsin.
KONKRET.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən qeyd edib.
"Seçki aktivliyi az qala 80% oldu – macar xalqının ən böyük uğurudur, parlamentə 3 partiya keçib, hər üçü də aşağı-yuxarı eyni xəttin, eyni ideologiyanın, sağ, sağ-mərkəz və sağlam konservatizmin nümayəndəsidir. İçiboş sol, psevdo-liberal siyasi partiyalar və şəxslər Macarıstan xalqı tərəfindən qəbul olunmadı.
Macar xalqı Orbandan yorulmuşdu, bunu hakim FİDES koalisiyası da bilirdi, görürdü, hiss edirdi. 2024-cü ildə "siyasi mühəndislik" layihəsi başlandı, Magyara Orban və komandası hərtərəfli dəstək oldular, çünki AB-nin, rəsmi Brüsselin axmaq yanaşması artıq Macarıstan üçün problemə çevrilirdi. Brüsselin tutumuna görə Macarıstan ümumilikdə 49 mlrd. avroya yaxın vəsaitdən məhrum olmuşdu. Bundan başqa, AB-nin özünü daxildən dağıdan miqrant proqramına qarşı çıxdığına görə Macarıstan uzun illərdir ki, hər gün (!!!) 1 mln. avro cərimələnirdi. İndi həmin 49-50 mlrd. avronu da alacaqlar, cərimələr də ləğv ediləcək.
Orban və komandası Macarıstan maraqlarına görə hakimiyyəti öz daxilindən çıxmış, onun dəyərlərini və ideologiyasını bölüşən siyasi komandaya təhvil vermək istəyirdi, çünki xalqın Orbandan bezdiyini də anlayırdı.
Yaxşı, kimdir bu Peter Magyar?! Magyar 2002-ci ildən Orbanın yanındadır, onun partiyasının üzvü olub. 2010-cu ildə Orban hakimiyyətə gələndə Magyar Macarıstan XİN-də, 2018-ci ildə Orbanın, yəni baş nazirin aparatında vəzifə alıb, 2019-2022-ci illərdə Orban onu öz hökumətində Tələbə Təqaüdləri Mərkəzinin rəhbəri təyin edib. Magyarın ailəsi də konservativ, sağ-mərkəzçi olub, anası Monika Ereş Macarıstan Ali Məhkəməsinin sədr müavini, ana tərəfdən babası (nənəsinin qardaşı) Ferens Madla isə Macarıstanın prezidenti olub – Magyar elitanın tam içindən çıxıb.
Gələk Magyarın keçmiş həyat yoldaşı Varga Judit xanıma – yeni boşanıblar, 3 övladları var. Judit xanım Orbanın partiyasında çox önəmli şəxslərdən biri idi, 2018-də Orbanın Baş Nazirlik ofisində AB məsələləri üzrə dövlət katibi, 2019-cu ildə isə Orbanın kabinetində ədliyyə naziri vəzifəsinə təyin edilib. 2023-cü ilə qədər nazir olub, 2024-də AB parlamentinə seçkilərdə Orbanın partiyasının siyahısına başçılıq edib.
Orban və Magyar ailəvi dost olublar, bir-birinin evinə gedib-gələn şəxslər olub, halaldı ki, ümumxalq maraqlarına görə öz ambisiyalarını boğub, möhtəşəm "siyasi mühəndislik" layihəsinə imza atıblar.
2024-də istefa verib, elə eyni ildə Magyar da FİDES-dən istefa edib, "Tisa"ya keçdi və qısa müddətdə (Orbanın dəstəyi ilə) həmin partiyanın rəhbəri və lideri oldu və dünən seçkiləri uddu.
Bir sözlə, Magyar elə həmin Orbandır, sadəcə daha cavan, daha xarizmatik, daha sevimli "Orban"dır və bu yerdəyişmə ilə həm AB-nin axmaq iddialarına son qoyacaqlar, həm də Macarıstan öz yolu ilə davam edəcək", – o bildirib.
N.Cəfərli vurğulayıb ki, Magyar ilk səfərini, təbii ki, Polşaya, Avstriyaya, Brüsselə edəcək:
"Amma əminəm ki, növbəti səfərləri Türkiyəyə, yəqin ki, həm də Azərbaycana olacaq. Macarıstan Türk Dövlətləri Təşkilatından çıxmayacaq, hə, bəlkə əlaqələr bir az soyuyacaq, amma TDT Macarıstanda qalacaq. Magyar hökuməti Rusiya ilə də əlaqələri tam kəsməyəcək, onlardan neft-qaz almaqda davam edəcək – çünki bu, sərfəlidir və Macarıstan maraqlarına uyğundur.
Orban isə siyasətə geri dönəcək, bir az pauza lazım idi, doğru yerdə, doğru qərar aldı, xalqını, dövlətini sevən liderlər həmişə zamanında "siyasi mühəndislik" alətinə baş vururlar, bunun üçün öz cılız ambisiyalarını arxa plana atmağı bacarırlar, hətta ABŞ və AB kimi böyük gücləri belə öz oyunlarında alətə çevirə bilirlər…"

Siyasi       Tarix: 13 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Şah İsmayıl Xətai mövzusu sosial şəbəkədə gündəm oldu - Tarixçi alimdən açıqlama

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. . Deputat Şah İsmayılın adını daşıyan ordeni

"Naxçıvan Azərbaycan xalqına Ulu Öndəri bəxş edib" - İlham Əliyev

"Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllif

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa məktub ünvanlayıb

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa. Hörmətli cənab Prezident,. Amerik

Gürcüstan 2008-ci ilin səhvlərini niyə təkrarlayır? - Önəmli DETALLAR

Avqust müharibəsinin ildönümü fonunda Gürcüstan cəmiyyətində həmin faciədən necə qaçınmaq olar sualı yenidən aktuallaşıb. KONKRET.azxəbər verir ki, Vaxtanq Coxadzenin təhlilində 2008-ci il hadisələrinin geosiyasi nəticələr

Paşinyan və Tramp TRIPP layihəsini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində tikinti işlərinin başlanılması ilə bağlı mövqelərin

İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev G20-yə dəvətə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trama təşəkkür edib. -un xəbərinə görə, Prezidenti İlham Əliyev bu barədə bu gün Donald Trampla telefo

Ankara Bakı və İrəvan arasında sülh səylərini dəstəkləyir

Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində səyləri dəstəkləyir. xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazdakı proseslə

Əvvəl Azərbaycanla sülh - Ankaradan İrəvana mesaj

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanın davamlı sülh sazişinə doğru irəlilədiyini bildirib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, xarici işlər naziri bu barədə "Anadolu" agentliyin

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli cənab Prezident,. Sinqapu


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər valyuta mezennesi banklar futbol xeberleri cəbhədən son xeber