Mahaçqala-Bakı aviareysi ləğv olunub - YENİLƏNİB
Mahaçqala-Bakı aviareysi ləğv olunub - YENİLƏNİB
Azərbaycan "Utair" aviaşirkətinin Mahaçqala-Bakı aviareyslərini ləğv edib.
Bu barədə "Utair" aviaşirkətindən məlumat verilib.
"Azərbaycan dövlətinin aviasiya qurumları Mahaçqala-Bakı marşrutu üzrə müntəzəm uçuşlar üçün əvvəllər verilmiş icazəni ləğv edib. Azərbaycan dövlətinin aviasiya qurumları uçuşların bərpası vaxtı barədə məlumat vermir" - "Utair" şirkətinin mətbuat xidmətindən bildirilir.
Məlumatda qeyd olunur ki, aviaşirkət sərnişinlərə ödənişlərini geri qaytaracaq.
"İndi "Utair" Qroznı, Moskva, Surqut və Tümendən Azərbaycana müntəzəm reyslər həyata keçirməyə davam edir, həmçinin digər regionlardan Bakıya yeni marşrutlar açmağa hazırlaşır", - deyə şirkətdən bildirilib.
16:30
Azərbaycan Mahaçqala-Bakı aviareyslərini ləğv edib.
Bu barədə Mahaçqala hava limanının mətbuat xidməti məlumat yayıb.
May ayının sonunda Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala ilə Bakı şəhəri arasında birbaşa aviareyslərin açılması barədə elan verilmişdi.
"Azərbaycan tərəfi "Utair" şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib", - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib.
Mənbə: Vestnik Kavkaza /oxu.az
Xidmetler [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi