Manafdan şok açıqlama: 'Mən ayda 1-2 dəfə Füzuliyə gedirəm

Manafdan şok açıqlama: 'Mən ayda 1-2 dəfə Füzuliyə gedirəmXəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev Füzuliyə gedərək oradan video paylaşıb. Bu paylaşımdan sonra sosial şəbəkələrdə müğənninin bahalı avtomobillə Füzuliyə səfəri müzakirələrə səbəb olub. Tənqidlərdən sonra M. Ağayev həmin paylaşımını silib.
Ötən gün müğəninin Füzuliyə getməsi haqda məsələyə aydınlıq gətirmək üçün azxeber.com Manaf Ağayevlə əlaqə saxlamışdı. 
Müğənni Füzuliyə ayda bir-iki dəfə getdiyini bildirib:
"Mən elə ayda bir dəfə, iki dəfə gedirəm. Nə bahalı avtomobil? Öz maşınımla getmişəm, 4 ildi bu maşın məndədir, gedin ayrı tema tapın".
Açıqlamadan məlum olur ki, bu, Manaf Ağayevin Füzuliyə ilk səfəri deyil. Müğənni bundan əvvəl də Füzulidə olub.
Qeyd edək ki, ötən gün axşam Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:
"Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.
Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Aydın Nuri

Sosial       Tarix: 18 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


yeni xeberler azerbaycan xeberleri son xeberler gunun xeberleri xeberler bu gun cəbhədən son xeber valyuta mezenesi