Manat 1,70-dən nə vaxt "çıxa" bilər? Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA

Manat 1,70-dən nə vaxt Azərbaycan manatının ABŞ dollarına qarşı rəsmi məzənnəsinin 1 dollar = 1,70 manat səviyyəsində uzun müddətdir sabit qalmasının arxasında bir sıra mühüm iqtisadi və maliyyə amilləri dayanır.
Bəs bu sabitlik nə qədər davamlıdır və hansı şərtlər yaranarsa, manatın məzənnəsinə yenidən baxılması gündəmə gələ bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, manatın 1,70 səviyyəsində saxlanılmasında əsas rol valyuta bazarında dollar təklifinin yüksək olması, neft-qaz gəlirləri, valyuta ehtiyatları və Mərkəzi Bankın məzənnə siyasətinə məxsusdur.
Manat 1,70-dən nə vaxt Ekspertin sözlərinə görə, hazırda rəsmi məzənnə 1 ABŞ dolları üçün 1,7000 manat təşkil edir və valyuta bazarında dollar təklifi tələbi üstələyir:
"Əsas amillərdən biri tədiyə balansıdır. 2026-cı ildə cari hesab üzrə profisit və maliyyə sektorunda dollarlaşmanın azalması nəticəsində valyuta bazarında dollar təklifi tələbi üstələyib. Buna görə Mərkəzi Bank əksinə, bazardan dollar almaq məcburiyyətində qalıb. Məsələn, avqustda 1,5 milyard dollar alış yönlü müdaxilə edilib".
Akif Nəsirli vurğulayıb ki, manatın sabitliyini təmin edən digər mühüm amil Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasıdır. Onun sözlərinə görə, Mərkəzi Bankın ehtiyatları 2026-cı ilin əvvəlindəki 11,56 milyard dollardan sentyabrın sonunda 15,36 milyard dollara yüksəlib. Bu isə ilin əvvəlindən təxminən 3,8 milyard dollar və ya 33 faiz artım deməkdir.
Ekspert qeyd edib ki, manatın məzənnəsinin qorunması yalnız Mərkəzi Bankın ehtiyatları ilə məhdudlaşmır. Neft-qaz ixracından daxilolmalar və Dövlət Neft Fondunun valyuta resursları da bu prosesdə mühüm rol oynayır:
"Bazarında dollara tələbin kəskin artdığı halda onun qarşılanması üçün kifayət qədər valyuta buferi mövcuddur. Azərbaycanın valyuta qanunvericiliyində də ehtiyatların məqsədlərindən biri milli valyutanın alıcılıq qabiliyyətinin qorunması kimi müəyyən edilir".
Akif Nəsirlinin sözlərinə görə, 1,70 məzənnəsinin dəyişdirilməsi üçün ilk növbədə valyuta bazarında fundamental tarazlığın pozulması lazımdır.
Belə risklərə neft və qaz gəlirlərinin ciddi və uzunmüddətli azalması, ixracın zəifləməsi, idxalın kəskin artması, cari hesab profisitinin aradan qalxması, əhali və biznesin dollara tələbinin sürətlə yüksəlməsi, eləcə də dollarlaşmanın yenidən artması daxildir.
Ekspert hesab edir ki, digər mühüm şərt valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasıdır. Əgər Mərkəzi Bank bazarda dollara olan tələbi qarşılamaq üçün davamlı şəkildə valyuta satmağa başlasa və ehtiyatlar sürətlə azalsa, 1,70 məzənnəsinin əvvəlki kimi qorunması daha baha başa gələ bilər.
"Hazırkı vəziyyət isə bunun əksini göstərir: 2026-cı ildə Mərkəzi Bank əsasən dollar alaraq ehtiyatlarını artırıb", – deyə Nəsirli bildirib.
Onun sözlərinə görə, daxili qiymətlərin və əməkhaqqının məzənnədən daha sürətlə artması da uzunmüddətli perspektivdə nəzərə alınmalı amillərdəndir. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, Azərbaycanın de-fakto məzənnə sabitliyi orta müddətdə davamlı olsa da, daxili xərc təzyiqləri və məhsuldarlıq dinamikası diqqətlə izlənilməlidir.
Ekspert hesab edir ki, yalnız neftin qiymətinin müəyyən həddən aşağı düşməsi manatın məzənnəsinin dəyişdirilməsi üçün kifayət edən amil deyil. Əsas məsələ neft qiymətlərindəki azalmanın uzunmüddətli xarakter alması, ölkənin valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə azaltması, bazarda dollar qıtlığı yaratması və mövcud ehtiyatların bu təzyiqi kompensasiya etmək imkanının zəifləməsidir.
"Qısa desək, 1,70 manatın qorunması üçün əsas üç dayaq var: valyuta daxilolmaları, ehtiyatların kifayət qədər olması və dollara tələbin idarəolunan səviyyədə qalması. Bu üç amildən bir neçəsi eyni vaxtda və davamlı şəkildə pisləşərsə, məzənnənin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər", – deyə Akif Nəsirli vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 09 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mingəçevərdə qadın bıçaqlanıb, əri polisə təslim olub

Mingəçevərdə qadın kəsici alətlə xəsarət alıb. Mingəçevərdə 46 yaşlı Qasım Quliyev arvadı Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirib. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Q.Quliyev könüllü olara

Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə

Gavalı yemək osteoporozun və yüksək xolesterolun inkişafının qarşısını alır. Dietoloq Makişa Alekseyeva ən əlçatan və ucuz payız meyvələrindən biri olan gavalının sağlamlıq üçün faydalarını açıqlayıb:. "Tünd mavi, bənövşəy

Qol və ayaqlardakı bu simptom xərçəngin əlamətidir?

Soyuq hava və qış bəzi xərçəng simptomlarını daha nəzərəçarpan edə bilər. Onkoloq Andrey Vorobyovun sözlərinə görə, payızda temperaturun düşməsi əsas sağlamlıq problemlərini daha da ağırlaşdıra bilər. Soyuq hava xərçəng xəstələr

Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş

Bakının Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin nənə və nəvə olduğu məlum olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətində

13 Azərbaycan vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan Respublikası vətəndaşının (6 nəfər qadın, 7 nəfə

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi"

Talışdan Suqovuşana uzanan Zəfər yolu

3 oktyabr 2020-ci il Vətən müharibəsinin tarixində Azərbaycan Ordusunun mühüm hərbi uğurlarından birinin əldə edildiyi gün kimi yadda qalıb. Həmin gün Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edildi

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi son xeberler bugun 2026 canli azerbaycanda son xeberler cəbhədən xəbər