Manat dollar qarşısında bahalaşa bilər? - Mərkəzi Bankdan açıqlama
Neftin qiymətinin yüksəlməsi valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir.
azxeber.com xəbər verir ki, bu barədə "oxu.az"ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.
Manatın xarici valyutalar qarşısında dəyərini müəyyən edən əsas göstəricilərdən biri də neftin dünya bazarındakı qiymətidir.
Ötən həftə ərzində "Azeri Light" markalı Azərbaycan nefti dünya bazarında son illərin rekordunu yeniləməklə bahalaşaraq 135,99 dolları təşkil etdi. Növbəti dövr üçün neftin qiymətinin 100 ABŞ dollarından yuxarı həddə qalacağını nəzərə alsaq, bunun manatın ABŞ dollarına qarşı məzənnəsində dəyişikliyə, eləcə də manatın ABŞ dolları qarşısında dəyər qazanmasına təsir edə bilmə ehtimalı ilə bağlı Mərkəzi Bank tərəfindən açıqlama verilib.
Bildirilib ki, Azərbaycanda əldə olunan neft gəlirlərinin çox hissəsi Dövlət Neft Fondunda toplanır və dövlət büdcəsində öncədən təsdiq edilmiş transfertlər çərçivəsində xərclənir.
Əlavə edilib ki, bu baxımdan son vaxtlar sürətlə yüksələn neft qiymətləri valyuta bazarına əsasən məzənnə gözləntilərini yaxşılaşdırmaq vasitəsilə təsir edir:
"Neftin qiymətinin yüksəlməsi strateji valyuta ehtiyatlarını artırmaqla valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR