Manatın məzənnəsi ilə bağlı VACİB AÇIQLAMA: Hörmüz faktoru GÜNDƏMDƏ

Manatın məzənnəsi ilə bağlı VACİB AÇIQLAMA: Hörmüz faktoru GÜNDƏMDƏHörmüz boğazı dünya neft ticarətinin ən mühüm tranzit marşrutlarından biri hesab olunur. Qlobal enerji bazarında daşınan neftin böyük hissəsi məhz bu strateji boğaz vasitəsilə dünya bazarlarına çıxarılır. Son dövrlərdə regionda artan geosiyasi gərginlik isə bu marşrutun fəaliyyətinin məhdudlaşa və ya tam dayana biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirib. Ekspertlər bildirirlər ki, belə bir ssenari baş verərsə, qlobal enerji bazarında təklif azalması və nəticədə neft qiymətlərində kəskin artım müşahidə olunar.
Bəs bu vəziyyət dünya bazarlarında neftin bahalaşmasına səbəb olarsa, bunun Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinə təsiri ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas tranzit marşrutlarından biridir. Onun sözlərinə görə, qlobal neft tədarükünün mühüm hissəsi məhz bu marşrut vasitəsilə daşınır.
Manatın məzənnəsi ilə bağlı VACİB AÇIQLAMA: Hörmüz faktoru GÜNDƏMDƏ"Əgər geosiyasi gərginlik səbəbindən boğazın fəaliyyəti məhdudlaşarsa və ya daşımalar dayanarsa, qlobal enerji bazarında təklif azalması yarana bilər. Bu isə adətən beynəlxalq bazarlarda neft qiymətlərinin artmasına gətirib çıxarır".
A.Nəsirli vurğulayıb ki, neft qiymətlərinin artması enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın xarici valyuta gəlirlərinin yüksəlməsinə səbəb ola bilər.
"Azərbaycanın ixrac gəlirlərinin böyük hissəsi enerji resurslarının satışından formalaşdığı üçün neftin bahalaşması ölkəyə daxil olan valyuta axınını artırır.
Bu isə ümumi olaraq manatın məzənnəsinə müəyyən sabitləşdirici təsir göstərəcək", – deyə ekspert əlavə edib.
Bununla yanaşı, iqtisadçı qeyd edib ki, valyuta məzənnəsinə təsir edən amillər yalnız neft qiymətləri ilə məhdudlaşmır.
"Qlobal maliyyə bazarlarında baş verən proseslər, regiondakı siyasi risklər, idxalın həcmi, ölkənin tədiyə balansı və monetar siyasət kimi faktorlar da məzənnə dinamikasına təsir göstərir.
Belə bir vəziyyətdə neft qiymətlərinin mümkün artımı manat üçün müəyyən dəstək yaratsa da, məzənnənin dəyişməsi və ya sabit qalması daha geniş iqtisadi və maliyyə amillərinin təsiri ilə formalaşır".
Ümumilikdə isə bu cür ssenaridə neftin bahalaşması Azərbaycan kimi enerji ixrac edən ölkələr üçün qısamüddətli dövrdə maliyyə gəlirlərinin artmasına səbəb ola bilər ki, bu da manatın ABŞ dollarına qarşı məzənnəsinin sabit qalmasına kömək edən amillərdən biri kimi qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 13 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Kuryerlər üçün aylıq vergi təklif olunur

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. oxuaz-a istinadən xəbə

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"-a istinadən xəbər verir ki, hadisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Belə ki, avtomobil yol

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeberler en son xeberler cəbhədən görüntülər xeberler bugun