Maral ovçunun silahını əlindən alıb meşəyə qaçdı
Maral ovçunun silahını əlindən alıb meşəyə qaçdı
Çexiyanın Çeske Budeyevitse şəhərində ovçular polisə inanılmaz hadisə barədə məlumat veriblər. Belə ki, bir qrup ovçu meşədə kiçik ov üçün gəzəndə, onlardan biri maral tərəfindən "tərksilah" edilib.
Bu barədə "Der Spiegel" yerli polis idarəsinə istinadla xəbər yayıb.
Bildirilir ki, itlərin hürməsindən hürkdüyü ehtimal olunan maral əlində silah olan ovçulardan birinin üzərinə doğru qaçıb, onun çiynini əzib və buynuzu ilə qolunu yırtıb. Bu zaman ovçunun silahı yerə düşüb, maral isə tüfəngi buynuzları ilə qaldırıb və hadisə yerindən qaçaraq uzaqlaşıb.
Təqribən bir saat sonra maral Bohem meşəsində görünüb, silah hələ də onun buynuzlarında olub.
Ovçular hadisə barədə polisə məlumat verməli olublar.
Hüquq mühafizəçiləri meşədə ov tüfəngi tapan hər kəsi onu ən yaxın polis bölməsinə təhvil verməyə çağırıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb