Marsda saatlarla davam edən zəlzələ qeydə alınıb - FOTO
Marsda saatlarla davam edən zəlzələ qeydə alınıb - FOTO
Marsda saatlarla davam edən güclü zəlzələ baş verib.
Bu barədə elm adamlarının "American Journal of Geoscience" jurnalında məqaləsi dərc edilib.
Bildirilir ki, təkanlar keçmişin ən əhəmiyyətli seysmik hadisəsindən ən azı beş dəfə güclü olub və "qırmızı" planetdə müşahidələr tarixinin ən böyük zəlzələsi sayılır.
Zəlzələ NASA-nın "InSight Mars Lander" gəmisindəki seysmometr tərəfindən qeydə alınıb.
Alimlərin fikrincə, Marsda seysmologiya prosesləri planetin səthinin altında nəyin yatdığı barədə daha yaxşı mülahizələr yürütməyə imkan verir (bura su tapmaq da daxildir), həmçinin planetin qabığının və dərin daxili hissəsinin necə qurulduğuna dair bir anlayış yaranır.
Yerdə olduğu kimi, Marsda da əksər zəlzələlərin "torpaq" kütlələrinin hərəkəti nəticəsində baş verdiyi düşünülür.
Məqalədə sözügedən zəlzələnin bu ilin mayın 4-də baş verdiyi və 4,7 bal gücündə olan zəlzələnin "uzun saatlar" davam etdiyi vurğulanıb.
Bundan əvvəlki ən güclü zəlzələ 2021-ci ilin avqustunda qeydə alınıb və maqnitudası təxminən 4,2 bal olub. Marsda daha bir şiddətli zəlzələ ötən ilin dekabrında baş vermişdi. Belə ki, zəlzələnin maqnitudası 4 bal olsa da, dalğası planetin bütün səthinə yayılmışdı.
Mənbə: Gazeta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR