Marsol Group partnyorlarına "Dayaq" mükafatı təqdim olundu - FOTOLAR
2025-ci ildə innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun artırılmasına töhfə verən 17 biznes subyekti "Dayaq" mükafatına layiq görülüb.
azxeber.com xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Güc biznesindir" devizi altında keçirilən "Dayaq" mükafatının təqdim olunması mərasimində 300-dən çox iş adamı, startap, biznes assosiasiyalarının nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri və Marsol Group partnyorları iştirak ediblər.
Tədbir çərçivəsində mükafatlandırılan 17 sahibkarlıq subyektindən Marsol Group partnyoru "MMED Life" şirkətinin direktoru Günay Mustafayeva "Uğurlu qadın sahibkar", "Helind Enerji" şirkətinin təsisçisi Tamerlan Quliyev "Ekoloji məsuliyyət", "AzCotton" şirkətinin baş icraçı direktoru Taleh Məmmədov isə "İlin investoru" nominasiyası üzrə "Dayaq" mükafatına layiq görülüb.
Bununla yanaşı, "Məlhəm Beynəlxalq Hospital"ın rəhbəri Sevda Əlizadə tədbirin "Uğur hekayələri" bölməsində çıxış edərək dövlət dəstəyi sayəsində əldə etdiyi nailiyyətlər və sahibkarlıq fəaliyyəti çərçivəsində qazandığı uğurlardan danışıb.
Qeyd edək ki, "Dayaq" mükafatı ölkədə sahibkarlığın inkişafına töhfə verən, innovasiya və dayanıqlı biznes modelləri ilə seçilən şirkət və sahibkarların fəaliyyətinin təşviq olunması məqsədi daşıyır. Marsol Group partnyorlarının bu nüfuzlu mükafata layiq görülməsi onların biznes mühitində artan rolunun göstəricisi kimi qiymətləndirilir.













Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür