Masallı sakininin evində 15 kq-dan artıq narkotik aşkarlandı
Masallı sakininin evindən 15 kiloqramdan artıq narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan azxeber.com-a bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Aləddin Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
A.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 7 kiloqram 154 qram heroin, 1 kiloqram 670 qram tiryək, 6 kiloqram 205 qram marixuana, 88 qram metamfetamin və elektron tərəzi aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində A.Məmmədovun narkotik vasitə satdığı Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuş Rəsul Baxşiyev və Elçin Nuriyev də müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR