Masallıda "Şuşa ətrin duyulur" tamaşasının premyerası oldu – VİDEO
Masallı Xalq Teatrında 2022-ci il "Şuşa ili" çərçivəsində "Şuşa ətrin duyulur" adlı tamaşanın premyerası olub.
Masallı Xalq Teatrı, Cəlilabad Xalq Teatrı, Masallı Dövlət Regional Kolleci və Masallı Rayon Gənclər və İdman idarəsi kollektivlərinin iştirakı ilə səhnəyə qoyulan tamaşada Pənahəli xan, Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərlə yanaşı 44 günlük Vətən Müharibəsi dönəmində Şuşa şəhərini işğaldan azad edərkən şəhid olan Vətən Müharibəsi Qəhrəmanları – Ramiz Cəfərov, İntiqam Əsgərli, "Azbaycan bayrağı" ordenli Sahib Şirəliyev və digər qəhrəman şəhidlərimizin obrazları canlandırılıb.
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində reallaşan premyerada rayon rəsmiləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.
"Asiya" İnformasiya Agentliyinin rəhbəri, jurnalist-yazar Cəfər Cəfərovun eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın premyerasından əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra "Şuşa ətrin duyulur" tamaşası oynanılıb.
İlk dəfə səhnəyə qoyulan tamaşa Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyevin quruluşunda səhnələşdirilib.
Tamaşanın səhnə tərtibatçısı Elsevər Əliyev, musiqi tərtibatçısı Ruslan Zahidovdur.
Anşlaqla keçən tamaşanın hər epizodu alqışlarla qarşılanıb.
Sonda tamaşanın hazırlanmasında fəallıq göstərənlər "Asiya" İnformasiya Agentliyi, " Cəsur Qardaşlar" İctimai Birliyi, Masallı Rayon Gənclər və İdman idarəsi tərəfindən "Fəxri Fərman"larla təltif ediliblər.















Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı